“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik müzakirə edilib
15.12.2015 [10:24]
Dekabrın 14-də V çağırış Milli Məclisin səhiyyə komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verib. Komitənin fəaliyyətindən danışan Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət prioritet istiqamətlərdən biridir. Son illər bu sahədə çox böyük işlər görülüb. Bütün regionlarda ən müasir tələblərə cavab verən yeni xəstəxanalar inşa olunub.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunun 49-1-ci maddəsinə edilən əlavəyə görə sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda komitənin 2016-cı il yaz sessiyası üçün təsdiqlənmiş qanunvericilik işləri planına və digər məsələlərə baxılıb. Bildirilib ki, iş planına daxil olan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir. Çıxış edənlər sənədin əhəmiyyətindən danışaraq bildiriblər ki, bu qanun ailənin sağlamlığının qorunmasına, ana və uşaq ölümü hallarının qarşısının alınmasına xidmət edəcək. Qeyd edilib ki, layihə artıq növbəti sessiyanın gündəliyinə salınıb.
Bildirilib ki, iş planına “Optika haqqında” qanun layihəsi də daxil edilib. İclasda bu qanun layihəsi müzakirə edilib, təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49

