Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ
16.07.2026 [09:35]
Azərabaycan Prezidenti İlham Əliyevin 14 iyul 2026-cı il tarixdə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüş və verilən bəyanatlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, əməkdaşlığın və siyasi dialoqun yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərdi. Prezident İlham Əliyev bəyanatında qeyd etdiyi kimi, "Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Bu fikir Azərbaycan ilə Slovakiya arasında formalaşmış etibarlı tərəfdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mahiyyətini göstərir, getdikcə siyasi təmaslar müntəzəm xarakter daşıyır.
Ölkəmiz Avropa dövlətləri ilə münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Slovakiya da bu istiqamətdə Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Son illərdə dövlət başçıları, hökumət nümayəndələri və parlamentlərarası nümayəndə heyətləri arasında intensiv təmaslar iki ölkə arasında siyasi dialoqu daha da möhkəmləndirib. Qarşılıqlı səfərlər hər iki ölkənin iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm təkanverir.
Şuşada keçirilən görüşlərin xüsusi əhəmiyyəti var. Belə ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün beynəlxalq tədbirlərin və yüksək səviyyəli görüşlərin keçirildiyi nüfuzlu məkana çevrilib. Slovakiya Prezidentinin Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərilən hörmətin, eyni zamanda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Slovakiya Qarabağın bərpasında fəal iştirak edir.
Bəyanatda Prezident İlham Əliyevin bildirdiyi kimi, siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq edir, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq aparır və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri dəstəkləyirlər. Dövlətlər arasında qarşılıqlı etimadın mövcudluğu gələcək layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Bəyanatda Enerji sahəsi Azərbaycan–Slovakiya münasibətlərində xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə son illərdə daha da artıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edən Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanınır. Slovakiya da Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir və Avropanın enerji təminatının şaxələndirilməsinə mühüm töhfə verir.
Vurğulanmışdır ki, bərpaolunan enerji sahəsində də yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan yaşıl enerji strategiyasını uğurla həyata keçirir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir. Slovakiyanın bu sahədə malik olduğu təcrübə və texnologiyalar gələcəkdə ortaq layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yarada bilər.
İqtisadi əməkdaşlıq da siyasi münasibətlərin inkişafı ilə paralel şəkildə genişlənməkdədir. Ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gündəliyində duran əsas məsələlərdəndir. İşgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsi yeni investisiya layihələrinin reallaşmasına şərait yarada bilər.
Humanitar və mədəni əlaqələr də Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Gənclər arasında mübadilə proqramları, universitetlərarası əməkdaşlıq və mədəni tədbirlər gələcək münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Slovakiya Prezidentinin Azərbaycana və xüsusilə Şuşaya səfəri göstərir ki, Slovakiya Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu səfər iki ölkə arasında siyasi dialoqun daha da intensivləşməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir" fikri bugünkü reallığı tam əks etdirir. Qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Slovakiya münasibətləri gələcək illərdə də yeni məzmun qazanacaq, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq daha da genişlənəcəkdir. Bu münasibətlər həmçinin Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı faydalı əməkdaşlığın Azərabycan- Slovakiya arasında ikitərəfli strateji əməkdaşlığın yüksələn xətlə tərəqqisinə, qarşılıqlı etimada mühüm töhfə verəcəkdir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

