Riqada Azərbaycan nümayəndə heyəti ilə regional məsələlər müzakirə olunub
10.03.2016 [09:48]
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Riqada rəsmi səfərdədir. Nümayəndə heyətinə Milli Məclis komitəsinin üzvləri Rüstəm Xəlilov, Kamran Bayramov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, parlamentin eksperti İsak Alməmmədov daxildir.
Martın 9-da nümayəndə heyətinin üzvləri Azərbaycan səfirliyində olub. Azərbaycanın Latviyada müvəqqəti işlər vəkili Gəray Muradov ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivi haqqında məlumat verib.
Elə həmin gün nümayəndə heyəti Latviya Seymində iqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət üzrə parlament komitəsinin sədri Roman Naudinşla görüşüb. Görüşdə tərəflər Azərbaycan və Latviya yerli və regional hakimiyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini arzuladıqlarını bildiriblər. R.Naudinş Latviyada həyata keçirilən yerli özünüidarəetmə islahatları haqqında məlumat verib. Azərbaycanın bu sahədə Latviya təcrübəsindən istifadəsi imkanları müzakirə olunub.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ikitərəfli əlaqələrin mühüm məqamı kimi regional əməkdaşlığın effektiv inkişafının əhəmiyyətini vurğulayıb. A.Rəhimzadə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının inkişafına dair effektiv tədbirlər haqqında danışıb.
Komitə sədri Xocalı faciəsi ilə bağlı qəbul edilmiş sənədə görə Latviya Seyminə minnətdarlığını bildirib.
Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində və Riqa Dumasında görüşləri gözlənilir. Milli Məclisin deputatları Operativ İnformasiya, Özünüidarəetmə Mərkəzinin, “Fortum” biokütlənin kogenerasiyası stansiyasının işi ilə tanış olmaq üçün Yelqavaya baş çəkəcəklər. Bundan başqa, onlar şəhər dumasının nümayəndələri ilə görüşmək üçün Yurmalaya da səfər edəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

