Ölkəmizdə müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı mövcuddur
19.03.2016 [10:17]
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bir sıra ictimai birliklərin rəhbərləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə “Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin Səbail rayon təşkilatının ofisində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bir sıra ictimai birliklərin rəhbərləri ilə görüşüb. Görüşü açan “Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev belə görüşün keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. O, görüşdə 12 ictimai birliyin nümayəndəsinin iştirak etdiyini diqqətə çatdırıb.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirib: “Bu görüşdə əsasən Qarabağ müharibəsi veteranlarının və əlillərinin, o cümlədən Əfqanıstan müharibəsi veteranlarının yaratdıqları təşkilatların rəhbərləri iştirak edirlər. Sizlər vətən uğrunda döyüşən insanlarsınız. Dövlətimiz hər zaman bu kateqoriyaya diqqət və qayğı göstərir”.
Ş.Hacıyev qeyd edib ki, 2016-cı il qlobal müstəvidə çox çətin il kimi proqnozlaşdırılır. Onun sözlərinə görə, belə bir şəraitdə qarşımızda mühüm vəzifələr dayanır. Millət vəkili qeyd edib ki, dünyada müəyyən güclər öz maraqlarını təmin etmək üçün siyasət aparır: “Dövlətimizin başçısının yeni şəraitə uyğun olaraq həyata keçirdiyi tədbirlər, aparılan islahatlar Azərbaycanın bu böhranın fəsadlarından sığortalanmasına imkan verir. İqtisadiyyatımız yüksək potensiala malikdir və biz bu potensialdan istifadə edirik. Dövlət rəhbərliyinin atdığı addımlar cəmiyyətimiz tərəfindən dəstəklənir”.
Görüşdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan dövlətinin hər zaman torpaqlarımız uğrunda döyüşən insanlara xüsusi diqqət göstərdiyini deyən S.Novruzov bu insanların işğalçılara qarşı döyüşlərdə şücaət göstərdiklərini vurğulayıb. “Müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud olan qeyri-sabitlik səbəbindən torpaqlarımızın bir hissəsini itirdik. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu başladı və torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Daha sonra atəşkəs haqqında saziş imzalandı və bundan sonra ordu quruculuğu, bütövlükdə ölkəmiz hərtərəfli inkişaf etməyə başladı. Bu gün Azərbaycanın güclü ordusu yaradılıb və bu ordu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Sadəcə, dövlətimiz yenidən qan tökülməsini istəmir. Hazırda sülh danışıqları davam edir, bu danışıqlar nəticə verməsə, torpaqlarımız ordumuzun gücünə işğaldan azad olunacaq”, - deyə S.Novruzov qeyd edib.
Millət vəkili deyib ki, ölkəmizdə bu kateqoriyaya aid ictimai birliklərin fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Onun sözlərinə görə, Milli Məclisin yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsi bu kimi təşkilatlarla sıx əməkdaşlıq edəcək: “Biz sizin təşkilatlarınızla əməkdaşlıq etməyə maraqlıyıq. Komitəmiz təkliflərinizi dinləməyə və zəruri təkliflərin müvafiq qanunlarda nəzərə alınmasına hazırdır”.
Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən YAP İcra katibinin müavini belə bir şəraitdə Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir: “Bilirsiniz ki, Yaxın Şərqdə, ərəb ölkələrində münaqişələr baş verir, insanlar tələf olur, qaçqınlar ordusu yaranıb. Bunlar beynəlxalq güclərin törətdiyi hadisələr səbəbindən yaranıb. Müəyyən qüvvələr ölkəmizdə də sabitliyi pozmağa cəhd göstərsələr də, xalqla Prezidentimizin birliyi həmin qüvvələrin niyyətlərini iflasa uğradır. Əminik ki, bundan sonra da belə olacaq”.
Görüşdə Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev, “Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Əfqanıstan müharibəsi veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və başqaları çıxış edərək belə tədbirlərin əhəmiyyətini bildiriblər. Çıxış edənlər dövlətimizin müharibə veteranlarına və əlillərinə qayğısını yüksək qiymətləndiriblər. Onlar həmçinin təşkilatların fəaliyyəti, müharibə iştirakçılarının sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar bir sıra təkliflərlə çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35

