Azərbaycan Vətəndən kənarda yaşayan oğul və qızlarına hər zaman arxalana bilər
07.04.2016 [10:15]
Aprelin 5-də Ukraynanın paytaxtında keçirilmiş dinc aksiyada qəhrəman Azərbaycan xalqının nəsilləri arasındakı möhkəm bağlılıq, yüksək vətənpərvərlik ruhu və erməni düşmənləri qarşısında yumruq kimi birləşmək bacarığı özünü bir daha göstərdi. AZƏRTAC xəbər verir ki, Aksiya Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, Ukrayna Azərbaycanlı Gənclər İttifaqı (UAGİ), Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi (UABK), diviziya komandiri Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin (indiki C.Naxçıvanski adına hərbi liseyin) ilk məzunu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şakir Yəhyayev tərəfindən təşkil edilib.
Yaşından asılı olmayaraq 200-dən çox adam Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləmək məqsədilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parka və Ukrayna paytaxtındakı diplomatik nümayəndəliyimizin qarşısındakı meydana toplaşıb.
Aksiya iştirakçıları “Qarabağ bizimdir!”, “Ermənilər, Qarabağdan rədd olun!” və digər vətənpərvərlik şüarları ilə çıxış ediblər. Onlar əllərində Azərbaycan, Ukrayna və ingilis dillərində “Erməni təcavüzünə son qoyulsun!”, “Azərbaycanlıların soyqırımına yox deyirik!”, “Mən Qarabağa qayıtmaq istəyirəm!” sözləri yazılmış plakatlar tutublar. Mitinq iştirakçılarının sıralarında Azərbaycan, Türkiyə və Ukraynanın dövlət bayraqları dalğalanıb.
Toplaşanlar düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə başsağlığı verib, həlak olanların nurlu xatirəsini bir dəqiqəlik sükutla yad edib və fotoşəkilləri önünə çiçəklər düzüblər.
Sonra tədbirin moderatoru, UAGİ-nin sədri İlhamə Allahverdiyeva, UABK-nın rəhbəri, Ukrayna Millətlər Assambleyasının başçısı Rövşən Tağıyev, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar təhsil işçisi, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” ictimai təşkilatının rəhbəri Arif Quliyev, Ukraynada Azərbaycan diasporunun əsasını qoyanlardan biri Tələt Əliyev, Şakir Yəhyayev öz çıxışlarında əsas separatçı, Ermənistan Prezidenti Serj Sarkisyan başda olmaqla erməni işğalçılarını və terrorçularını qəzəblə pisləyiblər. Natiqlər Avropa və dünya siyasətində ikili standartlar haqqında hiddətlə danışıblar. Qeyd ediblər ki, Avropanın yüksək vəzifəli məmurları, “sülh yaradıcıları” erməni terrorçuları və təcavüzkarları ilə stol arxasında danışıqlar aparırlar. Onlar bir daha xatırladıblar ki, rəsmi Bakı münaqişələrin hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə, hər şeydən əvvəl suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin pozulmazlığına riayət edilməklə həll olunması uğrunda ardıcıl çıxış edir. Natiqlər Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhunu xüsusilə qeyd ediblər, Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət ayırdığı Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətini yüksək qiymətləndiriblər.
UAGİ-nin əsasını qoyan və birinci sədri, Bakıdan bu tədbirə xüsusilə gəlmiş Anar Tahirov, bu təşkilatın fəalları Maksim Məmmədov və Rəhim Həkiov, “Razom” (“Birlikdə”) Ümumukrayna İctimai Təşkilatının könüllüsü Vladislav Dementyev və başqaları düşmənlə mübarizədə Azərbaycanı dəstəklədiklərini ifadə ediblər.
Xüsusilə qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı gənclər - həm oğlanlar, həm də qızlar qətiyyətlə bildiriblər ki, Vətənin ilk çağırışında ön cəbhəyə gedəcək könüllülərin sırasına daxil olacaqlar.
Tədbirin sonunda hacı Əbülfəz Qasımov şəhidlərin ruhuna Müqəddəs Qurandan surə oxuyub.
Dinc aksiyada Azərbaycan səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarının rəhbərliyi və fəalları, mədəniyyət xadimləri, işgüzar dairələrin, ruhanilərin nümayəndələri, Kiyevdəki ali məktəblərin azərbaycanlı və ukraynalı tələbələri, Türkiyə mediasının, Ukrayna KİV-lərinin, o cümlədən “1+1”, “STB” telekanalları, “Business.ua” jurnalının təmsilçiləri və başqaları iştirak ediblər.
Ukraynanın aparıcı telekanallarının axşam buraxılışlarında bu hadisələr haqqında obyektiv şərhlərlə süjetlər nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

