/ / Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkirlər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkirlər
15.04.2016 [10:11]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 14-də Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Volker Beressheimlə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmaqla bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. O, həmçinin bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməyə görə Almaniya hökumətinə təşəkkürünü ifadə edib.
Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılan görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə görülən işlərdən söz açan Baş nazirin müavini deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq qurum qalmayıb ki, bu problemə münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur. Bu gün dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə nüfuz baxımından ATƏT-dən yuxarıdadır. Əgər onlar icra olunmasa, onda ATƏT nə edə bilər?!
Azərbaycanın müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açdığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Əli Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir.
Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran Əli Həsənov dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün müasir standartlara cavab verən qəsəbələrin inşa edildiyini vurğulayıb.
Əli Həsənov görüşdə aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu erməni təxribatlarının layiqli cavabını verib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən almaniyalı diplomat Azərbaycanın sürətli inkişafından, burada gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edərək, Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək dəyərləndirib. Qonaq, həmçinin vurğulayıb ki, Almaniya Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirir.
Diplomat deyib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu mövqe daimidir və dəyişməzdir: “Biz də Azərbaycan kimi beynəlxalq təşkilatların daha fəal işləməsinin tərəfdarıyıq. Ümid edirik, beynəlxalq təşkilatlar mövcud münaqişələrin və problemlərin həllinə töhfə verə biləcəklər”.
Beynəlxalq təşkilatların fəallığının son dövrdə zəiflədiyini vurğulayan diplomat BMT Təhlükəsizlik Şurasının və digər qurumların qətnamələrinin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasının vacibliyini vurğulayan Volker Beressheim qeyd edib ki, bu problem həll olunmadan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil. O, həmçinin bildirib ki, bu gün bu problemin həll edilməsi üçün yalnız siyasi iradə və istək lazımdır. Bütün dünya bu münaqişədən əziyyət çəkən məcburi köçkünlərin taleyini fikirləşməlidir.
Səfirin fikirlərinə münasibət bildirən Baş nazirin müavini deyib ki, həqiqətən bu gün çatışmayan siyasi iradədir. Bu gün beynəlxalq aləmdə bu siyasi iradəni ortaya qoyan yoxdur. Ermənistanda yerli əhali də bu münaqişədən yorulub və onun həll edilməsini, münasibətlərin normallaşmasını istəyir. Biz də bunu istəyirik. Çünki bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətində daha nə qədər yaşaya bilər?! Ermənistanın indiki hakimiyyəti məhz bu münaqişədən istifadə edərək iqtidara gəlib. Ona görə də münaqişənin həll edilməməsinin əsas səbəbkarları Ermənistanın cinayətkar rəhbərliyi, erməni diasporu, Eçmiədzin kilsəsi və onların xarici havadarlarıdır. Bu dövlətin müstəqil mövqeyi yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

