Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arnold Rüytel: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə icmalar arasında dialoq da kömək edə bilər

Arnold Rüytel: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə icmalar arasında dialoq da kömək edə bilər

19.04.2016 [09:50]

“Azərbaycan çox güclü dövlətdir. Deyərdim ki, keçmiş sovet respublikaları arasında ən güclülərdən biridir”.
Bu fikri Estoniyanın keçmiş prezidenti Arnold Rüytel AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində səsləndirib.
A.Rüytel qeyd edib ki, Azərbaycan Respublikası həm iqtisadi baxımdan, həm də sosial cəhətdən çox uğurla inkişaf edir. Azərbaycan məndə çox xoş təəssüratlar oyadıb.
O deyib: “Mən dəfələrlə ölkənizdə olmuşam, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişəm. Zənnimcə, Humanitar Forum bütün bəşəriyyət üçün maraq doğuran qlobal xarakterli məsələlərin geniş spektrini müzakirə etməyin məkanıdır. Dünyaya böyük təhlükə olan humanitar fəlakətin aradan qaldırılmasında dövlətlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyevin nitqi mənim üçün yaddaqalan oldu”.
Arnold Rüytel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunaraq qeyd edib ki, yetərincə mürəkkəb olan Dağlıq Qarabağ problemi uzanıb. O deyib: “Azərbaycan rəhbəri ilə şəxsi görüşlərim və söhbətlərim bunu deməyimə əsas verir ki, Prezident vəziyyəti düzgün başa düşür”.
Sabiq prezident diqqətə çatdırıb ki, Dağlıq Qarabağda dinc yanaşı yaşamaq imkanı var. Bunun üçün əraziləri işğal etmək lazım deyil.
A.Rüytel vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə Azərbaycan və Ermənistan icmaları arasında dialoq da kömək edə bilər.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31