/ / Azərbaycan-Belarus parlamentlərarası əlaqələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə edilib
Azərbaycan-Belarus parlamentlərarası əlaqələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə edilib
26.04.2016 [09:25]
Aprelin 25-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oqtay Əsədov belaruslu həmkarının ölkəmizə səfərini və Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək dəyərləndirib. Bildirilib ki, bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Bakının dünya miqyaslı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi müstəqil Azərbaycanın Şərqlə Qərb arasında multikultural mərkəzə çevrilməsini şərtləndirən amillərdəndir. Ölkəmizin təşəbbüskarlığı ilə bu cür forumların Bakıda keçirilməsi artıq bir ənənə halını alıb. Bu, dünya xalqlarının və xarici nümayəndə heyətlərinin ölkəmizlə daha yaxından tanış olması, buradakı tolerantlığa şahidlik etməsi üçün yaxşı imkanlar yaradır.
Oqtay Əsədov deyib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən oxşar tarixə malik Belarusla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir.
Azərbaycan parlamentinin sədri ölkəmizin iştirak etdiyi qlobal neft və qaz layihələri barədə söhbət açaraq, qeyri-neft sahəsində Belarusla da müvəffəqiyyətlə əməkdaşlıq etdiyini söyləyib, bu əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Belarus Milli Məclisinin sədri Mixayil Myasnikoviç ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. O, Bakıda BMT-nin yüksək səviyyəli tədbirinin keçirilməsini Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu ilə əlaqələndirib. Qonaq qeyd edib ki, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər dost ölkə kimi onları da sevindirir. Ölkələrimiz arasında təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də əlaqələri genişləndirmək üçün geniş imkanlar vardır. Deputatlarımızın müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan dialoq əməkdaşlığımızın gələcək inkişafı baxımından əhəmiyyətlidir.
Görüşdə parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, regional münaqişələrin həlli yolları, iqtisadi sahədə əməkdaşlığın yeni səviyyəyə qaldırılması və digər məsələlər ətrafında söhbətlər aparılıb.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komitə sədri, Belarus Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

