Şərq-Qərb enerji dəhlizinin 20 illiyi Tbilisidə qeyd olunub
17.05.2016 [10:00]
Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisidə Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusən də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sonra Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış edib.
Baş nazir bildirib ki, Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni era başladı və Cənubi Qafqazda sabitlik üçün mühüm əsas yarandı. İyirmi ildir ki, biz Bakı-Supsa kəmərinin bəhrəsini görürük. Bu layihənin reallaşması sayəsində Gürcüstan dünya xəritəsindəki yerini və tranzit ölkə funksiyasını yenidən bərpa edib.
Gürcüstanın Baş naziri deyib: “İyirmi il əvvəl Prezident Heydər Əliyev və Prezident Eduard Şeverdnadze tərəfindən strateji bir qərar qəbul olundu. Bakı-Supsa layihəsinin təməli qoyuldu və bununla da regionumuzda yeni era başlandı. Bu layihə həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu. Bu layihə, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz və Bakı-Tbilisi-Qars dəmiryolu kimi irimiqyaslı layihələrin əsası qoyuldu”.
Tədbirdə Azərbaycanın Baş naziri Artur Rasizadə çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini, xoş arzularını və salamlarını tədbirin iştirakçılarına çatdıran Baş nazir A.Rasizadə deyib: “Bu gün qeyd etdiyimiz əlamətdar tarix - Azərbaycan neftinin Bakı-Supsa xətti ilə nəqlinə dair görkəmli dövlət xadimləri Heydər Əliyev və Eduard Şevardnadzenin imzaladıqları Sazişin 20-ci ildönümü münasibətilə hamınızı təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı qırılmaz tellərlə bağlayan tarixi dostluq, qardaşlıq, xeyirxah qonşuluq münasibətlərinin dərin kökləri vardır. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan ilə Gürcüstanın münasibətləri daha da yüksələrək strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz indi birlikdə beynəlxalq əhəmiyyətli böyük iqtisadi layihələr həyata keçiririk. Onlardan biri Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur “Əsrin kontraktı” çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan layihəsidir. Yubileyini qeyd etdiyimiz Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir”.
Azərbaycanın və Gürcüstanın iqtisadi-siyasi inkişafında mühüm rol oynayan enerji konsepsiyasının real nəticələrinin həyatımızın bütün sahələrində aşkar göründüyünü vurğulayan Baş nazir bildirib: “Regionda investisiya qoyuluşu xeyli artıb, insanların rifah halı yüksəlib, şəhərlərin və kəndlərin siması yaxşılığa doğru dəyişib. Ancaq bu layihələrin həyata keçirilməsi heç də asan başa gəlməyib. Azərbaycan Respublikası 25 ildir müharibə şəraitində yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Buna baxmayaraq, Azərbaycan inkişafdan qalmadı. Dahi Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız və ölkəmiz bütün sınaqlardan uğurla çıxdı”.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu sürətli inkişaf yolunu Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdıran Baş nazir Artur Rasizadə deyib: “Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, “Şahdəniz-2” yatağında aşkar olunan zəngin qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP və TAP layihələrinin həyata keçirilməsi Azərbaycanın neft-qaz strategiyasının tərkib hissələridir. Tarixi İpək Yolunun bərpası məqsədilə Uzaq Şərq ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də qarşımızda yeni inkişaf perspektivləri açır. Əminəm ki, həmin layihələr ölkələrimizin və bölgənin iqtisadi, siyasi, mədəni inkişafına, regionda sülhün bərqərar olmasına töhfə verəcəkdir. Bütün bu tarixi işlərin dostlarımızla birgə görülməsi ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirir”.
Sonra Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather çıxış edərək Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışıblar.
Sonda Şərq-Qərb enerji dəhlizinin təməlinin qoyulmasının 20 illiyi münasibətilə tort kəsilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Azərbaycan Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Tbilisidəki və Batumidəki diplomatik korpusun nümayəndələri, beynəlxalq şirkətlərin təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçıları xatirə şəkil çəkdiriblər.
* * *
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstana səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

