Dünya mediası “ASAN xidmət indeksi”ndən yazır
30.06.2016 [09:57]
Dünyanın nüfuzlu xəbər agentlikləri, o cümlədən NBC Right Now, FOX TV, Herald News, New York Business Journals, Daily Times, Daily News, The Sun, Yahoo News Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə qəbul edilən “ASAN xidmət indeksi” barədə geniş məlumatlar yayıblar. Məlumatların oxucu sayı 90 milyondan çoxdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi keyfiyyətinin obyektiv meyarlar əsasında qiymətləndirilməsi onların keyfiyyətinin artırılması və inkişafı üçün vacib mexanizmlərdən biri hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edəcək “ASAN xidmət indeksi”nin yaranması ilə bağlı Fərman imzalayıb. Bu indeks “ASAN xidmət” standartları əsasında hazırlanıb. “ASAN xidmət” Azərbaycanın brendi olaraq tanınan və vahid məkan prinsipi əsasında dövlət xidmətlərini göstərən xidmət mərkəzləridir.
“ASAN xidmət” fəaliyyətə başladığı gündən vətəndaşın məmnunluq əmsalı daim yüksək səviyyədə qalır və xidmətlərdən məmnunluq dərəcəsi 98-100 faiz arasında dəyişir. Həmçinin “ASAN xidmət” dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.
Məqalələrdə bildirilir ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrlərə xidmət barədə məlumatlandırma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçirilməsi, şikayət və nəzarət mexanizmləri, vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir. “ASAN xidmət indeksi”nin əhəmiyyətini başa düşmək üçün qiymətləndirmə göstəricilərindən bəziləri barədə izah vermək vacibdir.
Dövlət xidmətləri üçün müxtəlif müraciət imkanlarının çoxluğunun vətəndaşların rahatlığını təmin etdiyi, bununla da xidmət göstərənlər arasında rəqabətin yarandığı və bunun da onları ən yaxşı standartlara cavab verməyə təşviq etdiyi məqalələrdə qeyd olunur.
Vurğulanır ki, inkişaf etməkdə olan dövlətlərdəki problemlərdən biri də odur ki, xidməti həyata keçirənlərin informasiya sistemləri elektron deyil, elektron olduğu halda isə onların elektron sistemi digər dövlət orqanlarının informasiya sistemi ilə inteqrasiya olunmayıb. Bu qiymətləndirmə meyarı dövlət orqanlarını vahid elektron çərçivədə kağız əsaslı xidmətdən elektron xidmətə tam keçidə sövq edəcək. “ASAN xidmət indeksi”, həmçinin dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidməti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində göstərə bilməsi imkanını qiymətləndirəcək. Bu, çox vacib elementdir ki, vətəndaşlar və sahibkarlar dövlət xidmətləri üçün uzun müddət gözləmək istəmirlər, çünki vaxt müştəri perspektivindən pul deməkdir.
“ASAN xidmət indeksi” qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcək.
Qeyd olunur ki, “ASAN xidmət indeksi” obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, bu da dövlət xidmətlərinin göstərilməsinə innovasiyalar gətirəcək və vətəndaşların həyatına, biznes mühitinə müsbət təsir edəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

