/ / Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizə unudulmaz bir gün kimi yazılıb
Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizə unudulmaz bir gün kimi yazılıb
13.07.2016 [09:46]
İyulun 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişini respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd edib. Bildirib ki, Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtdı. Onun sayəsində iqtisadi siyasətin ana xətti olan qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edildi, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yaradıldı. Heydər Əliyevin yorulmaz, məqsədyönlü və titanik fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi, iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bu gün Heydər Əliyev ideyasına sadiq qalan, Onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrildi.
Tədbirdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Ulu öndərin hakimiyyətə gəlişindən sonra sənaye, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə intibah dövrünün başlandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçib. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 47 il keçməsinə baxmayaraq, xalqımız Ulu öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Ulu öndər Heydər Əliyevi xatırlayarkən dahi bir insan, misilsiz düha sahibi, müdrik bir rəhbərlə eyni dövrdə yaşamağımızdan məmnun oluruq. Təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilib, dünya siyasət məkanında əvəzsiz yer tutub.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratması və ona rəhbərlik etməsi olub. Belə ki, Heydər Əliyev ideyalarını qəbul edən minlərlə insan, eyni siyasi əqidə sahibləri bu partiyada birləşiblər.
Bildirilib ki, Heydər Əliyevin Qaradağ rayonu ilə sıx bağlılığı olub. Onun dəfələrlə bu bölgəyə səfərləri rayon ictimaiyyətinin qəlbində unudulmaz, dərin izlər qoyub. Bu gün Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan Prezident İlham Əliyevin sayəsində etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Onun keçdiyi zəngin həyat yolu, təkrarsız dövlətçilik ənənələri bir məktəb olaraq daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin parlaq ideyaları qəlbimizdə əbədi yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

