/ / Argentina Szabados: Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verir
Argentina Szabados: Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verir
29.07.2016 [10:12]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 28-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados ilə görüşüb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorları ilə görüşlərini xatırladıb və təşkilatla ölkəmiz arasında münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, miqrasiya sahəsində mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, müxtəlif sahələrlə bağlı həyata keçirilən humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, ölkəmizin bu təşkilatla əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.
Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir.
Görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Beynəlxalq Miqrasiya təşkilatı ilə miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi, insan alverinə qarşı mübarizə və kənd yerlərində kəhrizlərin bərpası vasitəsilə su təchizatının və həyat şəraitinin yaxşılaşdırılması sahəsində çox böyük əməkdaşlıq edib. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, həmin problemin həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa hərtərəfli məlumat verib.
Ətraflı məlumata, BMqT-nin fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən xanım Argentina Szabados bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını vurğulayıb, bütün bunlardan məmnunluğunu ifadə edib, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.
Qonaq, həmçinin Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. O, ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25

