/ / Forumun “dəyirmi masası”nda müasir tibbin aktual məsələlərinə dair səmərəli müzakirələr aparılıb
Forumun “dəyirmi masası”nda müasir tibbin aktual məsələlərinə dair səmərəli müzakirələr aparılıb
01.10.2016 [12:37]
Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil edilən “dəyirmi masa”da “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda müzakirələr aparılıb.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək əvvəlcə universitetin fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, təhsil ocağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci ildə yaradılıb.
Rektor ölkəmizdə səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərə görə tibb ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Əziz Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunda 13 Nobel mükafatı laureatının iştirak etdiyini vurğulayaraq onlardan beşinin bu “dəyirmi masa”ya qatıldığını söyləyib. Rektor “dəyirmi masa” çərçivəsində keçiriləcək üç sessiyada “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, professor Pyotr Qlıboçkonun tədbir iştirakçılarına məktubu oxunub.
“Dəyirmi masa”nın “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri” mövzusunda sessiyasında çıxış edən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bioloji sistemlərdən və onların tibb elminə töhfəsindən danışıb, təqdimat əsasında problemin mahiyyətini diqqətə çatdırıb.
ABŞ-ın İllinoys Universitetinin oftalmologiya və vizual elmlər kafedrasının müdiri, professor Mark Rozenblat Bakıya ikinci dəfə səfər etdiyini deyərək ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın zəngin mədəniyyətini və yüksək qonaqpərvərliyini xüsusi vurğulayan qonaq “dəyirmi masa”da Nobel mükafatçıları ilə səmərəli müzakirələrin aparılmasından məmnunluq duyğunu söyləyib.
Mark Rozenblat təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən danışıb. Müasir cəmiyyətləri internetsiz təsəvvür etməyin mümkün olmadığını vurğulayan alim bildirib ki, internetin biotibdə də rolu böyükdür. Tibb sahəsində nəşr olunan məqalələr, jurnallar barədə danışan alim bu məqalələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, tibb peşəsini seçənlər bu sahənin mahiyyətini dərindən bilməlidirlər.
“Proton Partners İnternational” şirkətinin təsisçisi və tibb direktoru, Bukingem Universitetinin Tibb Məktəbinin dekanı Sikora Karol Edvard bu gün bütün biliklərin texnologiya sayəsində sürətlə yayıldığını bildirib, onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən danışıb.
Hindistan Səhiyyə Şurasının üzvü Müzəffər Əhməd ölkəsində səhiyyənin vəziyyəti barədə məlumat verib. O, səhiyyənin durumunu, tibb təhsilini, bu sahədəki problemləri və çatışmazlıqları diqqətə çatdırıb.
“Dəyirmi masa”nın “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” mövzusunda keçirilən sessiyasında kimya üzrə Nobel mükafatı laureatı Avraan Herşko protein sintezi, amin turşuları, funksiyalar barədə danışıb. O, proteinlərin hüceyrələrdə hərəkəti ilə bağlı təqdimatla çıxış edib.
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Etil Yonat isə proteinlərin genetik kodla bağlılığını faktlar əsasında izah edib. O, proteinlərin dərmanlarla reaksiyası, strukturunu dəyişən antibiotiklərin hazırlanmasının vacibliyindən söhbət açıb.
Peyvəndlərin potensialından və əhəmiyyətindən danışan fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel bildirib ki, əhalini qorumaq üçün peyvəndlərə ehtiyac var. O, xüsusilə də bu gün çox yayılmış “Zika” və “Ebola” viruslarına qarşı peyvəndlərin önəmini qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov molekulyar biologiyanın və biotexnologiyanın bioetik məsələlərinə toxunub. Bildirib ki, texnologiyaların inkişafı yeni elm sahələrinin meydana çıxmasına səbəb olub. O, təbabətdə müasir, yeni texnologiyaların tətbiqi sayəsində meydana çıxmış bioetik məsələlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, 1999-cu ildə ölkəmizdə UNESCO yanında “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” üzrə Milli Komitə yaradılıb. Qeyd edilib ki, Milli Məclisdə tibb sahəsində qanunların qəbulunda bioetik və hüquqi tərəflər nəzərə alınır.
Ə.Əmiraslanov son illər yeni texnologiyaların inkişafından, ana bətnində döldə olan patologiyaların aşkara çıxarılmasından danışıb və bunun da bioetik və hüquqi cəhətdən bir çox problemlər əmələ gətirdiyini söyləyib. Bildirib ki, ona görə də perinetal diaqnostika zamanı bioetik problemlər həll edilməlidir.
Milli Məclisin komitə sədri donor və surroqat ana məsələlərinə də toxunub. O, bir çox ölkələrdə donorluq və surroqat ana olmağın qadağan edildiyini söyləyərək deyib ki, bu məsələlər hüquqi və bioetik cəhətdən həll olunmalıdır.
Ölkəmizdə orqan transplantasiyası haqqında qanun qəbul edildiyini vurğulayan komitə sədri bu proses zamanı əməl ediləcək şərtlər barədə məlumat verib. Qeyd edib ki, bəzi əməliyyatlar texniki cəhətdən hazır olsa da, hüquqi və bioetik tərəfi həll olunmayıb.
Diqqətə çatdırılıb ki, molekulyar biologiyanın ən böyük uğuru orqan toxumalarının klonlaşdırılmasıdır. Heyvanlarda bu, həyata keçirilib. Orqanların klonlaşdırılmasına nail olunarsa, orqan transplantasiyasının problemi həll edilər. Ə.Əmiraslanov klonlaşdırmanın bir çox ölkələrdə qadağan olunduğunu söyləyib və bunun da əsas səbəbini onun hüquqi və bioetik tərəfinin həll olunmaması ilə izah edib.
“Heç şübhəsiz molekulyar biologiya, biotexnologiyalar inkişaf edəcək. Lakin bununla bərabər onun hüquqi və bioetik tərəfi də çox vacibdir”, - deyə o qeyd edib.
Texas Universitetinin professoru Arun Banu molekulyar genetik test barədə çıxış edib. Bildirib ki, bunun vasitəsilə toxumalarda olan xəstəliklərin qarşısı alına bilər. O, əvvəlki vaxtlara nisbətən artıq bu testlərin qiymətinin ucuzlaşdığını söyləyərək deyib ki, genetik test sahəsində sürətli nəticələrə nail olunub.
ABŞ-ın Veyl Kornel Tibb Kollecinin professoru xanım Finkel Madelon Lubin “dəyirmi masa”da müzakirə olunan məsələlər və səsləndirilən fikirlərə nəzər salaraq uşaq və ana ölümləri probleminə toxunub.
“Dəyirmi masa”nın üçüncü plenar iclası “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzusuna həsr edilib.
Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover çıxışında qeyd edib ki, müasir tibbin nailiyyətləri insan ömrünü uzatmağa nail olub. Dərmanlar haqqında danışan alim bildirib ki, tibbin inqilabı dərmanların icad edilməsi ilə başlayıb.
MD Anderson Xərçəng Mərkəzinin əməkdaşı xanım Frensis Karen Virciniya kliniki sınaqlardakı çətinliklərlə bağlı məlumat verib. O, MD Anderson Xərçəng Mərkəzinin fəaliyyəti haqqında danışaraq mərkəzin statistik göstəricilərini diqqətə çatdırıb, həyata keçirdikləri layihələrdən söhbət açıb.
“Operations CISPRA Health Sciences” təşkilatının icraçı direktoru Arsen Kubataev bildirib ki, beynəlxalq əməkdaşlıqda əsas yeri universitetlər və tibbi klinikalar arasındakı əməkdaşlıq tutur. O qeyd edib ki, son dövrlər beynəlxalq fəaliyyətlər çox olub. A.Kubataev təmsil etdiyi qurumla əməkdaşlıq edən şirkətlər, qarşılıqlı fəaliyyətlər, kliniki tədqiqatların regionda potensialı barədə danışıb. Artıq tədqiqatların sayının artdığını qeyd edərək bu tədqiqatlar sahəsində görülən işlər haqqında məlumat verib.
Tibb elmləri doktoru, Azərbaycanın fəxri professoru Qelfqat Yevegeniy Borisoviç tibb elmi, təhsil, sağlamlığın qorunması sahəsində beynəlxalq əməkdaşlıq barədə təqdimatla çıxış edib. Vurğulayıb ki, beynəlxalq əməkdaşlıq səhiyyənin səviyyəsini qaldırmaq üçün əsas vasitələrdən biridir.
Mövzular ətrafında çıxışlardan sonra V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30

