/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
04.10.2016 [09:30]
Oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə - V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd edib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib. Azərbaycanın birinci xanımı Assosiasiya üzvlərinin sayının getdikcə artdığını və bunun Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etdiyini deyib, humanitar və təhsil sahələrində əməkdaşlığı xüsusi vurğulayıb. Mehriban Əliyeva son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini bildirib, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırıb, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel görüşə görə minnətdarlığını bildirib, Parisdə Azərbaycan şəhərciyinin açılışını ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, Fransa Milli Assambleyasının bir həftə ərzində Azərbaycan paytaxtında olan deputatları Bakı ilə tanışlıq imkanı qazanıblar. Paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən qonaq bildirib ki, bu cür təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31

