Rufiz Qonaqov: Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq
12.11.2016 [00:57]
Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi və bunun Ağ Evin xarici ölkələrlə siyasi münasibətlərinə, o cümlədən qlobal iqtisadi proseslərə təsiri müzakirə olunmaqdadır. ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın Respublikaçılar Partiyasını təmsil etməsi və onun ölkəmizlə müəyyən əlaqələrinin olması Azərbaycan-ABŞ münasibətləri fonunda diqqət çəkir.
ABŞ-dakı seçkilərin nəticələrini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov hesab edir ki, Azərbaycan hər zaman ABŞ üçün xüsusi önəm daşıyıb: “Donald Trampın qalib gəlməsi və Respublikaçılar Partiyasının həm Nümayəndələr Palatası, həm də Senata nəzarət etməsi ilə ABŞ-ın xarici siyasətində müsbətə doğru dəyişikliklərin olacağını ehtimal etmək olar. Son 8 ildə hakimiyyətdə olmuş Demokratlar Partiyası demokratiya adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edib, bir çox QHT-ni maliyyələşdirməklə dövlətlərin siyasətinə təsir etmək istəyiblər. İğtişaşlar, çevrilişlər və bu kimi hallar Demokratlar Partiyasının xarici siyasətində xüsusi rol oynayıb. Trampın açıqlamalarından da görürük ki, Respublikaçılar Partiyası daha çox daxili problemlərə diqqət yetirəcək. Eyni zamanda, yeni hökumət Amerikanın dostlarını narahat edən məsələlər barədə ehtiyatlı siyasət yürüdə bilər. Ölkələrin daxili işlərinə qarışmamaqla dostluq, əməkdaşlıq əlaqələrini davam edirəcəklərini bildirirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın daha ədalətli mövqe ortaya qoymasına ehtiyac var. Bilirsiniz ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan Prezidenti də Donald Trampa ünvanladığı təbrik məktubunda Trampın Prezident seçilməsinin ABŞ-ın Minsk qrupundakı fəaliyyətinə aktivlik gətirəcəyinə inam ifadə edib”.
Rufiz Qonaqov hesab edir ki, enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahələrində Azərbaycanla sıx əməkdaşlıq edən ABŞ bu əlaqələri daha da gücləndirməkdə maraqlı görünür: “Düşünürəm ki, Respublikaçıların qələbəsi ABŞ-dakı bəzi ermənipərəst qüvvələrin mövqelərini zəiflədəcək. Etiraf edək ki, Demokratlar Partiyası hakimiyyətdə olan müddətdə ABŞ-dakı erməni lobbisi xeyli fəallaşıb, Azərbaycan və Türkiyə əleyhinə ciddi kampaniya aparıblar. Bu kampaniyalar nəticəsində Azərbaycan və Türkiyənin ABŞ-la münasibətləri hətta müəyyən mərhələdə gərginləşib. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Bu kimi xoşagəlmaz hallara son qoyulacağını, bundan sonra münasibətlərin yeni ruhda inkişaf edəcəyini düşünürəm. ABŞ-dakı seçkilərin nəticələri Ermənistan və tərəfdarları üçün məyusedici oldu. Çünki ermənilərin dostları sayılan Bob Dold, Mark Kirk və digərləri seçkilərdə məğlub oldular. Ermənistan mətbuatına nəzər saldıqda onların necə məyus olduqlarını açıq görmək olur. Ölkəmiz əleyhinə qəbul olunmuş “Azərbaycanda demokratiya üzrə Akt”la məşhur olmuş Cozef Hek də bu dəfə seçilə bilmədi. Müşahidələr də göstərir ki, Azərbaycan-ABŞ münasibətləri Respublikaçıların dövründə daha güclü olub. Corc Buş və atasının zamanında münasibətlərimiz yaxşı olub. Donald Trampın Azərbaycanla bağlı həm də şəxsi iqtisadi maraqları var. Azərbaycandakı investisiya mühiti milyarder Donald Tramp üçün həmişə cəlbedici olub. Bütün hallarda Trampdan gözləntilərimiz çoxdur. Donald Tramp hökumətinin Azərbaycanla səmərəli əməkdaşlığına ümid edirik. Hesab edirəm ki, Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17

