/ / Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır
Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır
19.11.2016 [10:08]
“Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır, möhürüdür”. Bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu, bu gün də belədir. Onun sözlərinə görə, YAP Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də, siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi: “YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni, müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir”.
YAP-ın ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP həmçinin, əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib. “Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də, hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

