/ / Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
26.11.2016 [09:40]
Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün biz Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESKO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırıb, göstərilən etimada görə bir daha Təşkilat Komitəsi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Təşkilat Komitəsi tərəfindən Tədbirlər Planının hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Bu gün Təşkilat Komitəsi üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər Planının layihəsi müzakirəyə təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov qarşıda duran vəzifələrdən danışaraq deyib: “Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar bu gündən hazırlıq işlərinə başlayırıq. İlk olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq və rəsmi internet səhifəsi yaradılacaqdır. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanmalıdır. 2018-ci ildə muxtar respublikada keçiriləcək tədbirlərdə İslam ölkələrinin nümayəndələri də iştirak edəcəkdir. Tədbir iştirakçılarının, eləcə də onları müşayiət edən şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı zəruri məsələlər həll edilməlidir. Təşkilat Komitəsinin bu sahələr üzrə aid üzvləri bununla bağlı lazımi tədbirləri Tədbirlər Planına uyğun olaraq nəzarətdə saxlayacaqlar. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESKO-nun siyahısına salınması istiqamətində iş aparmalıyıq. Nəzərdə tuturuq ki, muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar nəşr olunsun. Bununla bərabər, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması da vacib məsələdir. Eyni zamanda, Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaqdır. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, islam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, idmançılar arasında isə müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur”.
Sonra Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsindən ötən dövrdə görülmüş işlər və 2016-2018-ci illərdə bu sahədə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, Təşkilat Komitəsi üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər Planının layihəsi müzakirə olunub.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxış edərək deyib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması və bu sahədə görülən hazırlıq işləri İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən yüksək qiymətləndirilir. Təşkilat Komitəsinin ilk iclasının Naxçıvanda keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası tarixi və dini-mədəni abidələrlə zəngindir. Muxtar respublikada islami dəyərlərin yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Təşkilat Komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrasını bundan sonra da diqqətdə saxlayacaqlar.
Müzakirələr zamanı Təşkilat Komitəsinin üzvlərindən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Vasim Məmmədəliyev və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Səyyad Salahlı çıxış edərək təkliflər veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təşkilat Komitəsi üzvlərinin müzakirə zamanı verdikləri təkliflərin də nəzərə alınaraq Tədbirlər Planının yenidən işlənməsini tapşırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

