Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin daha da inkişafı üçün geniş potensial var
03.12.2016 [12:15]
Dekabrın 2-də Milli Məclisin sədri Oqtay Əsədov Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri bu səfərin iki dost ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov xalqlarımız arasında oxşar cəhətlərin olduğunu qeyd edib.
Söhbət zamanı iki ölkə arasında siyasi və humanitar əlaqələrin hazırkı vəziyyətinin məmnunluq doğurduğu qeyd olunub.
Milli Məclisin sədri Bosniya və Herseqovina parlamenti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə əlaqədar “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı Qətnamənin qəbuluna görə təşəkkür edib.
Sədr parlamentlərarası əlaqələrin inkişaf etdiyini söyləyib, əlaqələrimizin daha da möhkəmlənməsində hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolunu yüksək qiymətləndirib. O, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə müəyyən işlərin görüldüyünü, biznes forumların təşkil edildiyini bildirib. Sədr, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri barədə də qonaqlara məlumat verib.
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkələrimiz arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi, mədəni, humanitar sahələrə də müsbət təsirini göstərməkdədir. Nazir bütün sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. İqor Çrnadak bildirib ki, münasibətlərin bu cür sıx olmasının əsas səbəbi xalqlarımızın bir-birinə yaxın olması və mövcud oxşar cəhətləridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

