/ / Ağalar Vəliyev: Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanın davamlı inkişafını təmin etməkdir
Ağalar Vəliyev: Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanın davamlı inkişafını təmin etməkdir
08.12.2016 [10:13]
“Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir qlobal çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev parlamentin dünən keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.
Ağalar Vəliyevin sözlərinə görə, hazırda ölkənin iqtisadi potensialının artmasına müsbət təsir göstərən mükəmməl qanunvericilik bazası yaradılır, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi prosesi sürətlənir və dövlət tərəfindən iqtisadiyyatın keyfiyyətli inkişafı üçün çox mühüm layihələrə önəmli dəstək verilir.
Komitə sədrinin müavini qeyd edib ki, görülən ardıcıl və sistemli tədbirlərə baxmayaraq, qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslər dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərib, neftin qiymətinin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyyə balansının azalmasına gətirib çıxarıb. Bu proseslər nəzərə alınmaqla ölkəmizdə iqtisadiyyatın şaxələndirilıməsi, innovativ iqtisadiyyatın formalaşması istiqamətində əhəmiyyətli işlər görülür, özəl sektorun inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Ağalar Vəliyev bildirib ki, 2016-cı ildə manatın xarici valyutalara nisbətən ucuzlaşması nəticəsində ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və devalvasiyanın nəticələrinin yumşaldılması məqsədilə artırılmış əməkhaqlarının maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 2015-ci illə müqayisədə 5,7 faiz çox vəsait proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 4,6 faiz artım deməkdir.
“Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, bir çox ölkələr dövlət büdcələrini kəsirlə planlaşdırırlar. Dünyanın əksər dövlətlərində büdcə kəsirləri qat-qat çoxdur və bu heç bir narahatçılıq doğurmur. Çünki inkişaf üçün dövlət büdcələrində kəsirin nəzərə alınması artıq qəbul edilmiş norma hesab olunur.
Bu baxımdan, hesab edirəm ki, biz də öz növbəmizdə, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətini 3 faizdən artıq olmamaqla planlaşdıra, bununla da müəyyən qədər iqtisadi fəallığın artırılmasına nail ola bilərik. Bu nisbəti 2 faizədək yüksəldərək yaranmış əlavə vəsaiti digər sahələrə, o cümlədən inşaat-tikinti sektoruna yönəltmək olar.
Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Azərbaycanda inşaat sektorunun inkişafı bütövlüklə ölkənin sosial-iqtisadi tərəqqisinə yönəlmiş planlı və ardıcıl islahatların nəticəsidir”, - deyə Ağalar Vəliyev vurğulayıb.
Ağalar Vəliyev “Cənab Prezidentin son dövrlər imzaladığı Sərəncam və fərmanlar ölkədə iqtisadi fəallığın artırılmasına və insanların rifahının yüksəldilməsinə yönəldilmişdir. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını və ipoteka kreditlərinin yeni şərtlərlə verilməsinin nəzərdə tutulmasını bu qəbildən olan tədbirlər sırasına daxil etmək olar. Bütün bunlar isə son nəticədə tikinti sektorunun canlandırılmasına istiqamətləndirilmişdir”, - deyə bildirib.
Məşğulluq probleminin həll yollarından biri kimi tikinti sektorunun inkişaf etdirilməsinin vacibliyini qeyd edən Ağalar Vəliyevin sözlərinə görə, hazırda inşaat sektorunda 90 mindən çox insan çalışır. Dövlət büdcəsinin proqnoz göstəricisinə görə 2017-ci ildə dövlət xətti ilə tikintiyə 2,5 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin icra göstəricisi olan 4,9 milyard manatla müqayisədə təxminən 2 dəfə azdır. Hesab edirəm ki, bu vəsaiti artırmaqla yaranmış vəziyyəti nisbətən yumşaltmaq mümkündür. Heç şübhəsiz ki, burada sosial mənzil tikintisi və ipoteka kreditini də diqqətdən kənarda qoymaq olmaz.
“Zənnimcə, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına yönələcəkdir.
Bütün bunları, eləcə də komitələrin birgə iclaslarında və Milli Məclisin plenar iclasında səsləndirilən təklifləri və tövsiyələri nəzərə almaqla 2017-ci ilin büdcə zərfinə daxil olan sənədlərin qəbul olunmasını məqsədəuyğun sayıram və dəyərli həmkarlarımı müvafiq qanun layihələrini dəstəkləməyə dəvət edirəm”, - deyə Ağalar Vəliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

