Argentinanın “İmagen Diplomatica” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb
06.01.2017 [09:35]
Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə bu ölkənin ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomatica” jurnalının “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” adlı buraxılışı işıq üzü görüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Imagen Diplomatica”nın Azərbaycana həsr olunan bu sayı jurnalın 10 illik yubiley buraxılışıdır.
Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çovqan”, “Bakıda “Formula-1 Qran-prisi”, “Azərbaycan şərabları”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı... Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina - Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və fotoşəkillər yer alıb.
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.
“Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina - Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub... Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 faiz olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib... Qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.
Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

