Milli Məclisin İnsan hüquqları komitəsi ermənilərin qeyri-insani davranışlarına etiraz edir
24.01.2017 [10:08]
Ötən il Ermənistan silahlı birləşmələri Azərbaycan dövlət sərhədini pozaraq təxribat törətmək cəhdlərini artırmaqla yanaşı, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının tələblərini pozmaqda və əsassız iddialar irəli sürməkdə davam etdirib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda deyilir: “25 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir. 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırıblar. Onlar bu məsələdə beynəlxalq hüquq normalarının əsas götürülməsinin zəruriliyini bildirərək, ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan tərəfinin haqlı tələbini tam dəstəklədiklərini qeyd ediblər. Lakin edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Qarabağ döyüşlərində istifadə etdiyi praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaqla Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir.
Hesab edirik ki, beynəlxalq hüquq normalarını, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və digər beynəlxalq aktların tələblərinə etinasızlıq göstərən Ermənistan Respublikasının qeyri-humanist hərəkətlərinə beynəlxalq birlik qəti və aydın münasibətini bildirməklə yanaşı, problemin həllinə nail olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi müvafiq beynəlxalq təşkilatları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır”.
Milli Məclisin İnsan hüquqları komitəsinin bu bəyanatı bütün aidiyyəti beynəlxalq qurumlara, o cümlədən ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərilib.
Milli Məclisin Mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

