/ / AZƏRTAC ilə VNA arasında əməkdaşlıq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına böyük töhfə verəcək
AZƏRTAC ilə VNA arasında əməkdaşlıq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına böyük töhfə verəcək
04.03.2017 [10:42]
Son illərdə Azərbaycan ilə Vyetnam arasında bütün istiqamətlərdə, o cümlədən media sahəsində əməkdaşlıq inkişaf edir. Bu xüsusda AZƏRTAC ilə Vyetnam Xəbər Agentliyi (VNA) arasında imzalanmış əməkdaşlıq sazişi böyük əhəmiyyət kəsb edir.
Bu fikirlər Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun Vyetnam Xəbər Agentliyinin baş direktoru, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Nquyen Duk Loi ilə görüşündə səslənib. Görüşün məqsədi səfirliklə VNA arasında əməkdaşlıq məsələlərini müzakirə etmək olub. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Səfir A.İmanov AZƏRTAC ilə VNA arasında əməkdaşlığın ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcəyinə inandığını söyləyib. O, həmçinin səfirliyin Vyetnam KİV-ləri ilə, o cümlədən VNA-nın nəzdində fəaliyyət göstərən “Vietnam News” və “Vietnam Plus” qəzetləri ilə məhsuldar əməkdaşlığının qurulduğunu diqqətə çatdırıb. Səfir Vyetnam Xəbər Agentliyi ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəmizin tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların müntəzəm olaraq Vyetnam ictimaiyyətinə çatdırılmasında VNA-nın kömək göstərməsini xahiş edib.
Nquyen Duk Loi Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan əməkdaşlığın müasir dövrdə də davam etdirilməsinin sevindirici hal olduğunu vurğulayıb. O, 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumunda və 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini və ölkəmizdə gedən dinamik inkişafın onda böyük təəssürat yaratdığını söyləyib. Baş direktor AZƏRTAC ilə VNA arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra mütəmadi olaraq hər iki agentliyin informasiya mübadiləsi həyata keçirdiyini diqqətə çatdırıb. O, VNA-nın səfirliklə əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib və bununla bağlı agentliyin nəzdində fəaliyyət göstərən KİV-lərə də lazımi tapşırıq veriləcəyini bildirib.
Görüşdə A.İmanov cari il sentyabrın 23-də Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu söyləyib və bununla əlaqədar il ərzində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib. Səfir bu tədbirlərin işıqlandırılmasında, eləcə də iki ölkə arasında dostluq münasibətlərinin tarixi, mövcud vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasında KİV-lərin mühüm rol oynadığını qeyd edərək, VNA-nın məsələ ilə bağlı dəstəyini əsirgəməməsini xahiş edib. O, həmçinin diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə cari ilin sentyabr ayında Azərbaycanın xarici işlər nazirinin VNA-da, Vyetnam xarici işlər nazirinin isə AZƏRTAC-da müsahibələrinin yayılmasını təklif edib.
Nquyen Duk Loi diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək tədbirlərin işıqlandırılmasında, iki ölkə arasında əlaqələr barədə məlumatların yayımlanmasında VNA-nın zəruri kömək göstərəcəyini bildirib. O, müsahibə ilə bağlı təklifi də müsbət qiymətləndirib.
Görüşdə səfirliklə VNA arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

