/ / Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib
Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib
07.03.2017 [11:26]
Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib.
İclasda Azərbaycanın AZƏRTAC, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə V Konqresin Bakıda yüksək səviyyədə keçirildiyini bildirib, buna görə təşkilatçılara minnətdarlığını çatdırıb.
AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə ilə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresin nəticələri barədə məlumat verib.
Təşkilati məsələlərə toxunan A.Aslanov qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. Bildirib ki, Konqresin BMT və UNESCO tərəfindən tanınması üçün bu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, qeydiyyat ilə bağlı müzakirələr aparılmalıdır. Konqresin 13 il əvvəl qəbul edilən Nizamnaməsində ciddi dəyişikliklər olunmasının vacibliyini vurğulayan məruzəçi Bakı Konqresində Şuranın prezidenti və vitse-prezidenti postlarının yaradıldığını bildirib, bu məsələnin də Nizamnaməyə əlavə olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
İclasda Aslan Aslanovun təklifi əsasında Nizamnamə üzərində işləmək və təklifləri toplamaq üçün qrup yaradıldı. Bu təkliflər Şuranın növbəti iclaslarında müzakirə ediləcək və Dünya Xəbər Agentliklərinin Sofiyada keçiriləcək VI Konqresində təsdiq olunacaq. Eyni zamanda, AZƏRTAC-ın baş direktorunun təklifləri nəzərə alınaraq Şurada müxtəlif sahələr üzrə komissiyaların yaradılması barədə razılıq əldə olunub.
Şurada BTA agentliyinin baş direktoru, Konqresin baş katibi Maksim Minçev, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Şura prezidentinin müavini, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar, EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo çıxış ediblər. İclasda Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq məsələləri, yeniliklərin tətbiqi, mövzular ətrafında müzakirələr aparılıb. Bolqarıstanın BTA agentliyi tərəfindən təşkil ediləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinin 2019-cu ilin iyununda keçirilməsi qərara alınıb.
Növbəti Şura iclası bu ilin oktyabrında Sofiyada toplanacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

