Ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, Onun qurduğu dövlət inkişaf etdirilir
26.06.2009 [12:07]
Mirzəcan Xəlilovla söhbətimizə məhz xatirələrdən başladıq: “ümumiyyətlə, Ulu öndərimizin hakimiyyətə gəlməsi mənim yeniyetməlik dövrümə təsadüf edir. Həmin illərdə orta məktəbi bitirmişdim və ali məktəbə qəbul imtahanı verirdim. Deyim ki, həmin illərdə ali məktəblərə qəbul daha da sürətlənmiş, bir növ yeniliklər tətbiq olunmağa başlanmışdı. O dövrdə artıq bizim rayondan ali məktəblərə çoxsaylı qəbullar olmuşdu. Mən də 1970-ci ildə imtahan verərək çingiz İldırım adına Politexnik İnstitutuna daxil olmuşdum.
Ali məktəbdə oxuduğum müddətdə Bakıda həm də işləyirdim. Bu dövrdə məhz Ulu öndər Heydər Əliyevin gördüyü genişmiqyaslı işlərin şahidi olurdum...
Təhsili başa vurduqdan sonra isə Sabirabada qayıtdım...
ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin məhsuldar nəticələrini təkcə Bakı şəhərində deyil, həm də rayonlarda görmək mümkün idi.
Ulu öndər Heydər Əliyev regionların inkişafına, tərəqqisinə böyük diqqət ayırırdı. Bunun əyani sübutudur ki, ümummilli lider 14 dəfə Sabirabad rayonuna səfər etmişdi. Əlbəttə ki, bu səfərlərində mən Ulu öndərlə görüşlərdə iştirak edirdim. Amma mənim üçün ən yaddaqalan məqam məhz 1980-ci ildə analoqu olmayan Sabirabad-Saatlı qrup su kəmərinin açılışında Ulu öndərin iştirak etməsidir. ümummilli lider Heydər Əliyevlə birgə bir sıra qonaqlar da tədbirdə iştirak edirdi. Bəli, o zaman məhz Ulu öndər mənim əlimi sıxdı. Beləliklə də, ümummilli lider Heydər Əliyevlə ilk görüşümdən sonra həyatımda böyük dönüş yarandı”.
Azərbaycanda 1969-cu ildən öncəki vəziyyətə toxunan Mirzəcan Xəlilov söylədi ki, həmin ilədək ölkə rəhbərliyinin sadəlövh mövqeyi cəmiyyətdə ruh düşkünlüyü yaratmaqla yanaşı, torpaqlarımızın bir hissəsinin ermənilərə əvəzsiz verilməsinə cəhdlər göstərilmişdi: “Lakin 1969-cu ilin 14 iyulunda Ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi Respublikada ab-havanı tamamilə dəyişdirdi. Yeni proqramlar, planlar ortaya qoyuldu. Bununla da Respublikada inkişaf başlandı...
SSRİ-nin müxtəlif şəhərlərində salınması nəzərdə tutulmuş zavodların, fabriklərin Azərbaycanda tikilməsi isə Ulu öndərin malik olduğu nüfuzun, bu şəxsiyyətə böyük hörmətin nəticəsi idi. Sənayenin, aqrar sektorun tərəqqisi üçün görülən tədbirlər insanların həyat tərzində də özünü büruzə verməyə başlamışdı. Həmin illərdə ölkədə, xüsusilə, tikinti sektoru canlanmışdı. Yeni müəssisələrin yaradılması ilə yanaşı, mikrorayonlar salınırdı. Azərbaycanın gələcəyi baxımından əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilirdi”.
Mirzəcan Xəlilov təəssüflə qeyd edirdi ki, ümummilli lider Heydər Əliyevin səhhətilə əlaqədar problemlərin ortaya çıxması, Onun vəzifəsindən kənarlaşdırılması digər antimilli qüvvələrə ölkəni talamaq üçün fürsət vermişdi: “Məhz, hakimiyyəti zor gücünə ələ keçirmiş qüvvələr Ulu öndərimizin rəhbərliyi zamanı yaradılmış sənaye infrastrukturunu dağıdırdılar. Bununla yanaşı, cəmiyyəti də uçuruma aparırdılar. Azərbaycan artıq parçalanmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin yayı Azərbaycanın tarixində böyük dilemmalar dövrü kimi yadda qalıb. Artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və xalqı uçurumun kənarına sürükləyən AXC-Müsavat hökuməti vəziyyəti kritik həddə çatdırmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Dağlıq Qarabağda gedən döyüşlər şiddətini artırdığı bir vaxtda cəbhə xəttindən Bakıya istiqamətləndirdikləri zirehli maşınların və silahların zoru ilə hakimiyyəti zəbt etmiş o zamankı Azərbaycan hakimiyyəti ölkənin tam iflic vəziyyətə düşməsində böyük rol oynamışdı. Hətta Müdafiə Nazirliyi də daxil olmaqla, dövlət strukturları hərbi təhlükəsizlik məsələləri ilə məşğul olmaq yerinə ambisioz savaş aparır, şəxsi maraqların girovuna çevrilirdi. özünün rəhbərlik etdiyi və ya arxasında dayanan silahlı qruplaşmanın gücündən asılı olaraq qısa zaman kəsiyində beş dəfə müdafiə naziri dəyişdirilmişdi. Döyüşçü qüvvəsi isə əsas etibarilə könüllülərdən ibarət olduğu üçün hərbi nizam-intizamdan əsər-əlamət belə yox idi, fərarilik və təxribat baş alıb gedirdi. Maraqlıdır ki, AXC-dən ayrılan bütün partiyalar öz silahlı dəstələrini yaradır, partiya sədrləri, hətta parlamentdə belə özlərini batalyon komandiri kimi aparırdı. Siyasi böhrandan istifadə edərək dövlətin idarəçiliyini əlinə keçirmək istəyən bu siyasi qüvvələrin hakimiyyət hərisliyi həmin könüllü birləşmələrin Bakıya gətirilməsinə səbəb olmuşdu. Düşmənlə üz-üzə duran ön xətt şüurlu şəkildə zəiflədilirdi. Yanlış kadr siyasəti, daxili didişmələrin get-gedə böyük miqyas alması, vəzifə uğrunda aparılan mübarizə sərhəd bölgələrindəki qüvvələr nisbətini, demək olar ki, hər gün Azərbaycanın ziyanına dəyişirdi. Müqayisə ilə desəm, 1969-cu ilə qədərki və daha təhlükəli vəziyyət yaranmışdı. Bu dəfə də Azərbaycanı və xalqımızı ümummilli lider Heydər Əliyev təlatümlərdən xilas etdi. 1993-cü ildə qədirbilən xalqımız Ulu öndərimizi yenidən hakimiyyətə dəvət etdi. Bununla da Azərbaycan ikinci dəfə tənəzzüldən xilas edildi”.
M.Xəlilov, həmçinin, söylədi ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyev Azərbaycanı dünya birinciləri sırasına çıxarıb: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanı dünyada neft icrac edən ölkə kimi tanıdan Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev ölkəmizi təhlükəsizlik və əməkdaşlıq müstəvisi yaradan aktor kimi tanıdıb. Eyni zamanda, hazırda ölkədə tikinti-quruculuq işləri də sürətlə gedir. Tikinti isə özünü bütün sahələrdə göstərir...
2003-cü ildə Prezident İlham Əliyev söyləmişdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Prezident İlham Əliyev vədinə vaxtından əvvəl əməl etdi. Sonuncu çadır şəhərciyi də məhz, Sabirabadda ləğv edildi. Deyim ki, qəsəbələrin salınması bu gün də davam edir və hazırda Goranboy rayonunda Kəlbəcərdən olan qaçqınlar üçün evlər tikilir...
Bir sözlə, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, çiçəklənir. Tikinti sektorunda işləyən insanlar isə daim dövlətin diqqət və qayğısını hiss edib. Məhz dövlət başçısının qayğısı bizləri də işimizdə məsuliyyətli, ciddi olmağa həvəsləndirir”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

