Aprel döyüşləri ordumuzun düşmənlə müqayisədə böyük üstünlüyünü nümayiş etdirdi
31.03.2017 [09:44]
Aprel döyüşləri son illər Silahlı Qüvvələrimizdə aparılan genişmiqyaslı işlərin uğurlu nəticələrini inandırıcı şəkildə göstərdi, ordumuzun işğalçı düşmənlə müqayisədə böyük hərbi-psixoloji üstünlüyə malik olduğunu nümayiş etdirdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, müharibə veteranı Əzizağa Qəni-zadə səsləndirib.
Ə.Qəni-zadə deyib ki, Qarabağ cəbhəsində 24 illik status-kvonu dəyişdirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində keçirdiyi əks-həmlə əməliyyatlarının nəticələri, xüsusən aprel döyüşlərindən sonra düşmənin itirilmiş strateji yüksəklikləri geri qaytarmaq cəhdlərinin qarşısının alınması ölkəmizin mövqeyini beynəlxalq aləmdə əsaslı şəkildə gücləndirib. Silahlı Qüvvələrimizin qısamüddətli effektiv əks-hücumlarının yaratdığı güclü rezonans bütün dünyaya real durumun əsl mahiyyətini dəqiq anlatdı və aparılan uğurlu əməliyyatlarla işğal altında olan ərazilərimizi azad etməyə qadir olduğumuzu bir daha sübuta yetirdi. Ermənistan artıq hərbi-siyasi iflasın son mərhələsinə qədəm qoyduğunu anlayır, təcavüzkar ölkənin vətəndaşları isə Qarabağın heç vaxt onların olmayacağını dərk edirlər.
Ehtiyatda olan polkovnik qeyd edib ki, aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Qarabağda - işğal olunmuş torpaqlarımızda bütün cəbhə boyu hücuma keçməsi və layiqli cavabını alaraq geri oturdulması, çoxsaylı itkilərə məruz qalması, işğal altındakı Lələtəpə yüksəkliyinin və bir sıra digər strateji yüksəkliklərin düşməndən azad olunması Azərbaycan ictimaiyyətində, həmçinin gündən-günə güclənən ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaratdı. Bu qələbə göstərdi ki, müzəffər Azərbaycan Ordusu düşmənə nəinki tutarlı cavabı verməyə, hətta onu çox ağır itkiyə uğradaraq işğal altındakı ərazilərimizi azad etməyə qadirdir. Belə ki, igid əsgərlərimiz ermənilərin çoxlu sayda ağır texnikasını, eləcə də yüzlərlə canlı qüvvəsini məhv edərək, düşmən caynağında olan strateji yüksəklikləri nəzarətə götürdü.
“Aprel döyüşləri bir daha təsdiqlədi ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır”. Bu gün ölkəmizdə güclü nizami ordu qurulub. Silahlı Qüvvələrimiz müasir texnika, hərbi sursatla təchiz olunub və regionun ən güclü ordusuna çevrilib. Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən təmizləyəcək, apreldə qazanılmış qələbələri davam etdirərək üçrəngli bayrağımızı Qarabağın hər guşəsində dalğalandıracaq”, - deyə polkovnik Ə.Qəni-zadə bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09

