/ / Heydər Əliyevin alternativsiz siyasəti Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir
Heydər Əliyevin alternativsiz siyasəti Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir
27.04.2017 [10:07]
Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması və öz arxalarınca apara bilmək qabiliyyəti və s. siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir.
XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq Ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır.
Ümummilli liderin hakimiyyətinin birinci dövründə - 1969-cu ildən başlayaraq iqtisadiyyatımız, bütövlükdə respublikamız tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin məhz bu dövründə ölkəmiz geridə qalmış respublikadan çiçəklənən bir diyara çevrildi. Hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır [14 iyul 1969-cu il - milli tariximizin dönüş anı // “Səs”, 13 iyul 2015].
Müasir Azərbaycan tarixində açılan yeni səhifələrdən biri 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ilə başladı. Bu, eyni zamanda Azərbaycanın siyasi inkişaf mərhələsində yeni eranın - Heydər Əliyev erasının başlanması demək idi.
1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu. Azərbaycanın dünyanın siyasi xəritəsindən bir dövlət kimi silinməkdən xilas olması Ümummilli liderin müasir Azərbaycanın memarı kimi cahanşümul fəaliyyətinin bariz nəticəsi idi. Ulu öndərimizin Azərbaycan xalqı qarşısında heç vaxt unudulmayacaq xidmətləri Onun tanınmış dünya liderləri tərəfindən də obyektiv və düzgün qiymətləndirilməsinə səbəb olmuşdur. Onlardan cəmi ikisini göstərmək istərdik:
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Corc Buş Ulu öndərimizə böyük qiymət verərək demişdir: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında Onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz Onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində Onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Türkiyə Cümhuriyyətinin ozamankı Prezidenti Əhməd Necdət Sezər isə aşağıdakıları söyləmişdir: “Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir” [http://heydar-aliyev-foundation.org/az/content/index/84/].
Həqiqətən də, regionda sülh və sabitliyin saxlanmasında, Qafqaz dövlətləri ilə ictimai-siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsində Ulu öndərin fəaliyyəti tarixi əhəmiyyət kəsb edir. Heydər Əliyev Qafqaz dövlətləri və millətləri arasında mövcud olmuş tarixi əməkdaşlıq ənənələrindən geniş şəkildə istifadə etmişdir. Bununla da, ümumqafqaz mədəni və mənəvi dəyərlərinin və mentalitetinin mahir bilicisi olan Heydər Əliyev Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən regional əməkdaşlığın inkişaf etməsində müstəsna rol oynamışdır [Hüseynova İradə. Heydər Əliyev və Qafqazda sülh prosesi. Bakı: Çaşıoğlu, 2008, s. 471-472].
Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə Sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlanırdı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı. Ulu öndərimiz strateji və demokratik yolun mahiyyətini belə səciyyələndirirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir” [Əliyev Heydər. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı,1997, səh.30].
Hesab edirik ki, Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir. Ümummilli liderimiz həmişə deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. Onun sözlərinə görə, Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir.
Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən Qərb dövlətləri ilə ikitərəfli münasibətləri, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə başladı, eyni zamanda ölkədə yaranmış müxtəlif səpkili problemlərin aradan qaldırılması istiqamətində köklü və düşünülmüş islahatların bünövrəsini qoydu.
Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli lider Ermənistan-Azərbaycan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.
Heydər Əliyev iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya işləyib hazırladı. Ulu öndərin yeritdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanın malik olduğu təbii sərvətləri, zəngin karbohidrogen ehtiyatları onun əsl sahibinə - Azərbaycan xalqına verildi. Azərbaycanın əsas sərvətinə - neft amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. Heydər Əliyevin düşünülmüş müdrik siyasətinin bəhrəsi olan bu müqavilənin və sonralar imzalanmış digər neft müqavilələrinin uğurla reallaşdırılması gənc müstəqil Azərbaycan dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmağın yeganə düzgün yolu idi. Lakin Ulu öndərin yeni iqtisadi strategiyasının prinsipial məqamlarından biri də o idi ki, neftə məqsəd deyil, vasitə kimi baxılırdı. Neft hasil edən, lakin heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələrin təcrübəsinə yaxından bələd olan Heydər Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neftlə bağlamırdı, O, qeyri-neft sektorunun daha sürətli inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ona görə də Ulu öndər respublikanın enerji sisteminə də xüsusi diqqət və həssaslıq göstərirdi. Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan elektroenergetikada dayanıqlı inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdı. Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.
Məlum olduğu kimi, Azərbaycanda cərəyan edən proseslərə təsir edən amillərdən biri də TRACECA adlandırılan Böyük İpək yolu layihəsidir. Bu layihə “Əsrin müqaviləsi”ndən sonra əhəmiyyəti baxımından ən böyük siyasi-iqtisadi layihədir. Çünki bu layihə yalnız Azərbaycanın bilavasitə aid olduğu Qafqaz və onun yaxın ətrafı üçün deyil, bütövlükdə dünya əhəmiyyətli bir hadisədir. Mərkəzi Asiya, Balkan kimi geniş arealı dövrələyən bu layihənin gerçəkləşməsində uzaq Çin və Yaponiya da maraqlıdır. Yeni İpək yolunun yaradılması istiqamətində Heydər Əliyevin gerçəkləşdirdiyi ən mühüm tədbirlərdən biri 1998-ci il sentyabrın 7-də Bakıda Tarixi İpək yolunun bərpası ilə bağlı beynəlxalq konfransın keçirilməsi idi. 9 ölkənin - Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə və Bolqarıstan dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndələrinin iştirak etdiyi konfransın mühüm nəticələrindən biri Avropa İttifaqının TRACECA proqramı əsasında bir sıra sənədlərin, həmçinin “Bakı Bəyannaməsi”nin qəbul edilməsi oldu.
Qeyd etmək istərdik ki, Ulu öndərin hakimiyyətə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin tam bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl addımların atılması insan hüquq və azadlıqlarının müdafiəsı sahəsində də əsaslı irəliləyişlərə zəmin yaratmışdır. Akademik Ramiz Mehdiyev qeyd edir ki, “...Siyasi plüralizmə rəvac verilməsi, söz və mətbuat azadlığının təmin edilməsi, siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti üçün əlverişli şərait yaradılması ölkəmizdə demokratik mühitin qəti şəkildə qərarlaşdığından xəbər verir.
İnsan hüquqları və azadlıqlarının qorunması, humanizm, sosial ədalət prinsiplərinin möhkəmlənməsi həmişə Heydər Əliyev hakimiyyətinin mahiyyətini təşkil edən dəyərlər kimi qavranılıbdır. Həyata keçirilmiş genişmiqyaslı hüquq islahatları, məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi həmin prinsiplərin hüquqi bazasını yaratmışdır. Buna görə də 1993-cü ildən sonrakı dövrü ölkəmizdə insan hüquq və azadlıqlarının inkişafı tarixində dönüş mərhələsi kimi səciyyələndirməliyik” [Mehdiyev Ramiz. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. II c. (məqalələr, çıxışlar, müsahibələr). Bakı: XXI-Yeni Nəşrlər Evi, 2006, 673 s.].
Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ölkədə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla dövlətçiliyimizi getdikcə daha da inkişaf etdirməyə başladı. Ulu öndər ölkə prezidenti seçildikdən cəmi bir il sonra - 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışında insan hüquqları və azadlıqlarının qorunmasının Onun üçün prioritet əhəmiyyət kəsb etdiyini nəzərdə tutaraq söyləmişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı: Azərnəşr, 1997, 612 s.].
Növbəti ildə - 1995-ci ildə müasir Azərbaycanın memarı Heydər Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiya layihəsi hazırlanmış və Əsas Qanun ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, sənədin təsbit etdiyi maddələrin üçdə bir hissəsi insan hüquq və azadlıqlarının qorunması məsələlərini ehtiva edir. Hesab edirik ki, Konstitusiyamız dünyanın ən demokratik və mükəmməl konstitusiyalarından biridir.
Ümummilli lider Heydər Əliyev yuxarıda kiçik bir hissəsini qeyd etdiyimiz çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Bütün bunlar təsdiqləyir ki, Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndərimiz Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, Onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir [Hüseynova İradə. Siyasi kurs: davamlılıq konsepsiyası // Dirçəliş - XXI əsr, 2007, № 110-111, s. 70-81;Liderlik missiyası //Strateji təhlil, 2013, sayı 6, s. 29-45].
Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr cənab İlham Əliyevin parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır.
Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Hörmətli Prezidentimiz demişdir: “Bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq - bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasma yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir” [Əliyev İlham. İqtibaslar və təhlil. Bakı: Azərbaycan, 2006, s. 62].
Bu gün Azərbaycanda həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, elm və s. sürətli inkişaf müşahidə olunmaqdadır. Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən edən strateji fəaliyyət istiqamətidir. Xüsusilə, qloballaşma dövründə yeni informasiya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı bir mühitdə hər bir cəmiyyətin inkişafında təhsilin və elmin rolu danılmazdır. Ölkə Prezidenti İlham Əliyev haqlı olaraq vurğulayır ki, “biz iqtisadi potensialımızı intellekt potensialına çevirməliyik”. Müasir təhsil sistemini keçmiş təhsil sistemindən fərqləndirən cəhət onun məhz milli xarakter daşımasıdır. Millilik ölkənin inkişaf perspektivlərinə, xalqımızın mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır [Hüseynova İradə. Müstəqilliyimizin təminatçısı. Bakı: Təhsil, 2003, 504 s.].
Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı gələcəyimiz olan sağlam, savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi kimi strateji məqsəd daşıyır. Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında məlum fərmanları təhsilin, səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.
Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır [“Milli Məclıs” jurnalı, 2009, №5, s.1-2]. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş zəngin ənənələrə, Ulu öndərin zəngin irsinə sadiqlik nümunəsi kimi Heydər Əliyev Fondu da bütün bu istiqamətlərin inkişafına öz tarixi töhfələrini verməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbəri olduğu bu Fond ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi diqqət yetirir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu sahədə görülən işlərdən biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib.
Ümummilli lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur [Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib, AZƏRTAC, 10 yanvar 2017]. Azərbaycan xalqı sabit və dayanıqlı inkişafı təmin edən bu yolu bəyənir və əməli şəkildə dəstəkləyir.
Son illər Azərbaycan neft gəlirlərinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadi sabitliyin qorunub saxlanmasına nail olmuş, böhranlı vəziyyətdən çıxa bilmiş, iqtisadi islahatların daha da dərinləşməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Belə ki, qeyri-neft sənaye istehsalı ötən il 5 faiz artmış, kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində 2,6 faiz yüksəlişə nail olunmuşdur. Dövlət başçımızın da söylədiyi kimi, 2017-ci ildə görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək.
Dövlətimizin başçısı Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu vurğulayaraq demişdir: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.
Fəxr edirik ki, Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz bu uğurlu fəaliyyət ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirir, Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur. Qətiyyətlə demək olar ki, məhz bu düşünülmüş siyasət respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edir.
İradə Hüseynova,
YAP Siyasi Şurasının üzvü,
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

