Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
28.04.2017 [09:21]
“Bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, eyni zamanda, strateji tərəfdaşlıq əlaqələri regionda sülh və təhlükəsizliyin təminatına mühüm töhfədir. Ölkələrimizin birgə səyi nəticəsində həyata keçirilən qlobal enerji layihələri Avropanın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Bunun müqabilində bəzi Avropa dairələrinin, xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe başadüşülən deyil. Bu mənada hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tamamilə qərəzlidir”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, hər zaman demokratiyadan, insan hüquqlarından dəm vuran Avropa artıq öz “ənənələrinə” sahib çıxa bilmir: “Qoca qitə”nin miqrantlarla bağlı həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir. Digər vacib bir məqam isə Avropanın İslam ölkələrinə qarşı nümayiş etdirdiyi haqsızlıqdır. Hesab edirəm ki, AŞPA-nın qardaş ölkə ilə bağlı qərarı qurumda islamofobiyanın daha da güclənməsinin, müsəlman ölkələrinə qarşı ikili standartların davam etməsinin təzahürüdür. Təbii ki, AŞPA-nın həyata keçirdiyi “monitorinqlər”in əsas məqsədimüstəqil siyasət yürüdən ölkələrə müxtəlif yollarla təzyiq etmək, onları asılı vəziyyətə salmaqdır”.
V.Rəhimzadə AŞPA-Azərbaycan əlaqələrinə də toxunub, bu beynəlxalq təşkilatın ölkəmizə qarşı sərgilədiyi ədalətsiz məqamları diqqətə çatdırıb: “Məlum olduğu kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Ötən 16 il ərzində ölkəmiz qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl edib, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi sahəsində mühüm islahatlar aparılıb. Əvəzində nə baş verib? Mütəmadi olaraq haqsızlıq və ədalətsizliklə üzləşən Azərbaycan daim təzyiq cəhdlərinə məruz qalıb. Avropa təsisatları, o cümlədən AŞPA ölkəmizdə keçirilən siyasi kampaniyaları qaralamağa, Azərbaycanın dünyada yüksələn imicini ləkələməyə çalışıb. Ən əsası qondarma “siyasi məhbus” oyunu, bədnam Kristofer Ştrasserin “monitorinqi” və s. məqamlar AŞPA-nın ölkəmizə qarşı həyata keçirdiyi ikili standartların bir hissəsidir”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Avropanın Azərbaycana qarşı ədalətsizliyinin ən böyük nümunəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Ölkəmiz uzun illərdir ki, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Torpaqlarımız işğal edilib, 1 milyondan artıq vətəndaşımızın təməl hüquq və azadlıqları pozulub. Ancaq “demokratiya çarçısı” olan Avropa hələ də bu məsələdə ədalətli mövqe nümayiş etdirməyib. İşğalçıya heç bir təzyiq edilməyib. 25 ilə yaxındır ki, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüblər. Avropa dairələri isə ötən 25 ildə münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirməməklə dolayısı ilə işğalçıya dəstək veriblər”.
“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, Azərbaycan heç vaxt özünə və qardaş Türkiyəyə qarşı olan ədalətsizliyi qəbul edə bilməz: “Dünyada ikili standartların hökm sürməsinə, İslam ölkələrinə qarşı ədalətsizlik nümayiş etdirilməsinə baxmayaraq, biz hər zaman öz haqlı mövqeyimizi müdafiə edirik. Hesab edirəm ki, bu cür monitorinqlər ilk növbədə elə Avropanın özünə tətbiq edilməli, “Qoca qitə”nin İslam dünyasına, tərəfdaş ölkələrə baxışı kökündən dəyişməlidir. Çünki”Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir”.
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09

