Bahar Muradova: Türkiyənin belə bir ədalətsiz yanaşmaya məruz qalması heç bir məntiqə sığmır
28.04.2017 [09:26]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərarı ədalətsiz və qərəzli yanaşmanın təzahürüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, AŞPA üzvlərinin bir hissəsi bu qərarın əleyhinə çıxdılar və bunun üçün onların kifayət qədər ciddi arqumentləri var idi. Ancaq buna baxmayaraq, təəssüf ki, bu dəfə də Avropa Şurası Parlament Assambleyası çoxstandartlı bir yanaşmanın təzahürü olan bu qərarı ortaya qoydu. Bununla da Avropada bu günə qədər ən müxtəlif səviyyələrdə özünü göstərən bir sıra meyillərin bu təşkilatın daxilində də artıq aparıcı mövqeyə malik olduğunu bir daha sübut etdi. Belə qərarların qəbulu əməkdaşlığa, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə və problemlərin həllinə dialoq vasitəsilə yanaşılmasına istinad etməli olan Avropa Şurası kimi mötəbər bir təşkilatın iş prinsiplərinin obyektivliyini sual altına qoyur, həmçinin elan olunmuş dəyərlərlə real fəaliyyət arasında çox böyük fərqin olduğunu göstərir.
Milli Məclis sədrinin müavini bildirib ki, Türkiyə həm Avropa Şurasına, eləcə də mövcud beynəlxalq problemlərin həllinə töhfə verən ölkə kimi tanınır. Çox çətin bir regionda Avropanın daha ciddi problemlərlə üzləşməməsi üçün sipər rolunu oynayan Türkiyənin belə bir ədalətsiz yanaşmaya məruz qalması heç bir məntiqə sığmır. Avropa qurumları Türkiyənin dünya nizamının qaydaya salınması və Avropanı təhdid edən bir sıra təhlükələrin qarşısının alınması üçün lazım olan bütün imkanlarını səfərbər etməsini nəzərə almalı idi. Türkiyənin bu regiondakı mövcud problemlərin həlli üçün, həm də Avropanın köməyi olmadan, təkbaşına çalışmasına rəğmən belə bir yanaşmaya məruz qalması haqsızlıq və ədalətsizlikdir. Lakin hər kəs bilməlidir ki, qardaş ölkəni belə qərarlarla qorxutmaq mümkün deyil. O, öz siyasətini ardıcıl və məqsədyönlü şəkildə həyata keçirir və doğru bildiyi məsələlərlə bağlı mövqeyini dəyişmir.
Milli Məclis sədrinin müavini deyib ki, Türkiyə nümayəndə heyəti Avropa Şurasında lazım olan bütün addımları atdı. Azərbaycan nümayəndə heyəti də bütün məqamlarda Türkiyənin yanında oldu, hətta bir çox hallarda onlardan daha çox bu məsələlərə etirazını bildirdi. Təəssüf ki, bu qərarın qəbul edilməsinin qarşısını almaq mümkün olmadı. Amma mövqe ortadadır. Yəni, iki mövqe var - biri əməkdaşlığa, qarşılıqlı yardıma, anlaşmaya əsaslanan, biri də təzyiqə, öz diktəsini, öz iradəsini qəbul etdirməyə yönələn yanaşma. Bu iki yanaşmanın mübarizəsi gedir. Bu gün dünya təkcə terrorla deyil, həm də bu cür yanaşmalarla təhdid olunur. Çox təəssüf ki, Türkiyə və Azərbaycan kimi ölkələr həm terrorla, həm də beynəlxalq ədalətsizliklə mübarizə aparmalı olur. Odur ki, biz növbəti dəfə Türkiyənin yanında olduğumuzu göstərdik və bundan sonra da hər zaman belə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

