/ / “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
28.04.2017 [09:26]
Aprelin 27-də Milli Məclisdə “Azərbaycanda tütün məmulatlarından istifadə ilə mübarizədə qanunvericiliyin gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Ədliyyə nazirliklərinin, Dünya Səhiyyə Təşkilatının, Ombudsman Aparatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azad İstehlakçılar Birliyinin və digər ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
“Dəyirmi masa”nın açılışında Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə məlumat verib, qanunun hazırlanması və təkmilləşdirilməsi istiqamətində parlamentdə görülən işlərdən söz açıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xalqımızın sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən qanun layihəsinə həsr olunmuş bu ictimai müzakirənin faydalı olacağını vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tütün istifadəsinin insan sağlamlığına vurduğu ziyana dair bir sıra faktları diqqətə çatdırıb, dünya ölkələrində tütün istifadəsinin məhdudlaşdırılmasının müsbət nəticələrindən danışıb. Çıxışlarda qeyd olunub ki, Milli Məclisdə müzakirəyə çıxarılmış qanun layihəsində tütünlə mübarizənin bütün istiqamətləri əhatə olunub.
“Dəyirmi masa” iştirakçılarına 3 fəsil, 17 maddədən ibarət qanun layihəsi barədə ətraflı məlumat verən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qeyd edib ki, tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair qanunun tətbiqi ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli perspektivlərə yol açacaq.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov diqqətə çatdırıb ki, bu qanun xüsusilə uşaq və gənclərin tütündən mühafizəsi sahəsində böyük rol oynayacaq. Həmin qurumun şöbə müdiri Tofiq Musayev isə yeni qanun layihəsini Dünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyası kontekstində nəzərdən keçirib, prioritet tələblərə nə dərəcədə cavab verdiyini şərh edib.
Qanun layihəsi ətrafında geniş müzakirədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlar Elman Nəsirov, Qənirə Paşayeva, Sona Əliyeva, Araz Əlizadə, Əflatun Amaşov qeyd və təkliflərini bildiriblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov xüsusilə böyüməkdə olan nəslin - gənclərin sağlamlığının qorunması və onların zərərli vərdişlərdən uzaq durması üçün tütünə qarşı mübarizənin qanunla tənzimlənməsinin vacibliyini vurğulayıblar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qanun layihəsi ilə bağlı bir sıra təkliflər irəli sürüblər.
Fikir mübadiləsindən sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, irəli sürülən təkliflər nəzərə alınacaq.
“Dəyirmi masa”ya yekun vuran vitse-spiker Bahar Muradova müzakirənin yüksək səviyyədə keçdiyini və çox faydalı olduğunu qeyd edib.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

