Vüqar Rəhimzadə: ÜAK-ın ləğvi məsələsinin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır
17.05.2017 [10:23]
Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan ÜAK-ın ləğvi qərarının qəbul edilməsi təəssüf doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərara münasibət bildirərkən söyləyib. Qeyd edib ki, bu qərar Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altında olduğunu göstərir. O deyib: “Ümumrusiya Azərbaycanlıları Konqresi Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılıb. Konqresin qeydiyyatının ləğv edilməsi iki dövlət arasındakı münasibətlərə zərər vura bilər. Rusiya Ali Məhkəməsi tərəfindən belə bir qərarın qəbul edilməsi erməni lobbisinə olan diqqətin göstəricisidir və qərarın erməni lobbisinin təsiri altında verildiyini nümayiş etdirir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onlar bu ölkədə seçmək və seçilmək hüququna malikdirlər və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu qərarın qəbulu onların fəaliyyətinə də kölgə sala bilər. Hesab edirəm ki, bununla bağlı aidiyyəti dövlət qurumları, Rusiyanın rəhbər şəxsləri öz mövqelərini qətiləşdirməli, növbəti məhkəmə proseslərində bu cür qərarın qəbul edilməsinin qarşısını almalıdırlar. Bu, həm də Rusiyada yaşayan azərbaycanlıların kifayət qədər mənfi reaksiyasına səbəb olacaq qərardır. Rusiyada yüzlərlə bu cür qeyri-hökumət təşkilatlarının olduğu halda, Azərbaycana qarşı belə aqressiv münasibətin səbəbi nədir? Şübhəsiz ki, bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Təəssüf ki, Rusiyanın bəzi dövlət qurumları antiazərbaycan mövqeyində və erməni lobbisinin təsiri altındadır”.
V.Rəhimzadə hesab edir ki, belə bir qərarın qəbul edilməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik mandatına kölgə salır. “Bu, çox ciddi məsələdir. Rusiyanın dövlət başçısı səviyyəsində məsələyə ciddi yanaşılacağına şübhəm yoxdur. Bəli, ortada məhkəmə qərarı var, lakin növbəti instansiyalarda bu qərarın ləğv edilməsi mümkündür. Azərbaycanın aidiyyəti qurumları bu məsələ ətrafında araşdırma aparmalıdırlar. Yəqin ki, istər Xarici İşlər Nazirliyi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları tərəfindən məsələ ciddi nəzarətdə saxlanılır. Azərbaycan ilə Rusiya arasında daim dostluq və mehriban qonşuluq əlaqələri olub. İki dost dövlətin münasibətləri həm də strateji tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, ölkə ictimaiyyəti olaraq biz də Rusiya kimi böyük bir ölkənin dövlət qurumlarını erməni lobbisinin təsiri altına düşməməyə çağırmalıyıq. Ümidvaram ki, Rusiyanın rəhbər şəxsləri məsələni araşdırıb doğru qərar verəcəklər. Çünki bu qərar həm də Rusiya dövləti tərəfindən öz vətəndaşı olan azərbaycanlılara qarşı hörmətsizlikdir”, - deyə “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

