/ / Siyasi ekspert: IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğurlar bizi daha böyük zəfərlərə doğru aparacaq
Siyasi ekspert: IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğurlar bizi daha böyük zəfərlərə doğru aparacaq
25.05.2017 [09:40]
Azərbaycanın əldə etdiyi uğur və qələbələr növbəti zəfərlərə doğru açılan tramplinlərdir.
Bunu “Trend”-ə siyasi ekspert Bəhruz Quliyev Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini şərh edərkən deyib.
O qeyd edib: “IV İslam Həmrəyliyi Oyunlarında maksimum nəticə göstərərək 1-ci yerə layiq olduqlarını sübuta yetirən hər bir idmançımızı xalqımıza bəxş etdikləri qələbə sevinclərinə görə ürəkdən təbrik etmək istərdim. İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmiz üçün tarixi hadisədir. Belə ki, bu, İslam dünyasının Azərbaycana olan böyük hörmətinin, inamının, verdiyi dəyərin aşkar göstəricisidir. Lakin burada əsas amillərdən biri də budur ki, ümumiyyətlə, son illərdə Azərbaycanda mötəbər idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsi ölkəmizin bu istiqamətdə əsl peşəkar təşkilatçı olduğunu sübuta yetirib. Baxın, ölkəmiz bundan öncə bir neçə mühüm tədbirlərlə yanaşı, I Avropa Oyunlarına ev sahibliyi etdi və bununla Avropaya yeni model təqdim etməklə, bu istiqamətdə təməlqoyucu rolunu oynadı”.
B.Quliyev bildirib ki, bu il İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi müsəlman aləmi ilə yanaşı, bütün dünyada böyük maraqla izlənilib: “Ona görə də qeyd etmək yerinə düşərdi ki, bu, sadəcə böyük idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın istər Avropa, istərsə də Asiyada, bütövlükdə isə dünyada sahib olduğu gücün, qüdrətin və birləşdiricilik rolunun bariz göstəricisidir. Azərbaycan dövləti bununla sübuta yetirdi ki, öz sülhpərvər missiyasını hər zaman yerinə yetirməyə hazırdır. Ölkəmizin istər Avropa olsun, istərsə də İslam aləmi - hər iki qütbü bir araya gətirməsi, idman, mədəniyyət və s. sahələrdə bu missiyasını təsdiq etməsi artıq bir ənənəyə çevrilib”.
Ekspert hesab edir ki, İslamiadanın təşkilatçılığı baxımından çox böyük bir uğura imza atıldı. Azərbaycanda təşkilatçılığın elə bir mexanizmləri, standartları reallaşdırıldı ki, bu günə qədər heç bir mötəbər idman yarışlarında bu mexanizmlərdən istifadə edilməyib. Bu, bir yenilik və modernləşmədir.
Onun fikrincə, lV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idmanda da öz bəhrəsini verir: “Yəni qeyd etməliyik ki, hər bir idmançı məhz müstəqil Azərbaycanda böyümüş, yetişmiş bir gəncdir və bu sahədə atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir. Həmçinin lV İslam Həmrəyliyi Oyunları ölkəmizdə xalq-dövlət vəhdətinin bariz göstəricisi kimi bir daha özünü sübuta yetirmiş oldu. Minlərlə könüllü, idmançılarımızın qələbəsinə sevinən yüz minlərlə azərbaycanlı, Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tamaşaçılar böyük coşqu ilə idmançıların qələbələrini alqışladılar”.
B.Quliyev vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi lV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll etdi: “Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər - 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə I Avropa Oyunları, həmçinin lV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görüldü. Bu baxımdan, bir daha qeyd etmək istərdim ki, Təşkilat Komitəsi öz vəzifəsini çox böyük peşəkarlıqla, şərəflə icra etdi. Söz yox ki, bu uğurlar bizi daha böyük qələbə və zəfərlərə doğru aparacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

