/ / Siyavuş Novruzov: Trampın məktublarını ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm
Siyavuş Novruzov: Trampın məktublarını ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm
02.06.2017 [10:11]
“ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi məktubları ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”.
Bunu APA-ya açıqlamasında ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil xarici siyasət kursu uğurla davam etdirilir: “Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu şəkildə öz münasibətlərini qurur. Əfsuslar olsun ki, bəzi hallarda bəzi dövlətlər elə hesab edir ki, hər hansı ölkə onun dediyi ilə oturub-durmalıdır. Azərbaycan Prezidentinin apardığı siyasətin əsas mahiyyəti Azərbaycan xalqının maraqlarıdır. Məhz bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi məktubları da ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm. Azərbaycan həmişə ABŞ-ın siyasətində dost ölkə kimi xüsusi rol oynayıb. Azərbaycan antiterror əməliyyatlarında fəal iştirak edib, Əfqanıstanda sülhyaratma missiyası ilə əlaqədar yüklərin daşınması üçün hava məkanını ABŞ-a açıq elan edib, Azərbaycan hərbçiləri İraqda və Kosovoda amerikalı hərbçilərlə sülhyaratma missiyasında iştirak edib. Bütün bunlar göstərir ki, Azərbaycan verdiyi vədlərə və xarici siyasət kursuna sadiqdir”.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır: “ABŞ şirkətləri də Azərbaycanda neft layihələrində aktiv iştirak edirlər. Son bir dövrü çıxmaq şərtilə, həm Corc Buşun, həm Bill Klintonun, həm də öncəki prezidentlərin dövründə Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə olub. Arada bəzi məsələlər olurdu, bu da “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi bir sıra QHT-lərin fəaliyyətindən qaynaqlanırdı. Həmin QHT-lər saxta məqsədləri naminə müxtəlif addımlar atır, erməni lobbisindən maliyyə alır, idarə heyətlərinin üzvləri ermənilərdən ibarətdir. Onlar ABŞ-Azərbaycan münasibətlərində ziyanverici addımlar atmağa çalışıblar. Yaxud Azərbaycanda işləmiş, çalışmış, sonra ABŞ-a qaçıb orada yaşayan, yaxud Azərbaycanda işləmiş bəzi ABŞ səfirləri də münasibətlərə ziyan vurmağa cəhdlər göstəriblər. Məsələn, ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç ölkəmizdə güzəştli şəkildə neft biznesi ilə məşğul olmaq istəyib, buna nail olmadığı üçün bu gün beş-on QHT-ni toplayaraq Konqresdə, Senatda bir neçə konqresmen köməkçisi vasitəsilə Azərbaycan əleyhinə dinləmələr keçirir. Bunu da ABŞ-ın adına yazır. Eyni zamanda Azərbaycanda müəyyən müxalifət partiyalarının nümayəndələri, erməni lobbisinə xidmət edən insanlar Riçard Kozlariç adından çox istifadə edirlər. Fakt isə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir və Azərbaycan müstəqil siyasətini davam etdirir”.
S.Novruzov qeyd edib ki, ABŞ Prezidentinin məktubunda Azərbaycanın bölgədə enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiqliyi qeyd edilib: “Azərbaycan hər bir dövlətlə necə bərabərhüquqlu münasibət qurubsa, bundan sonra da münasibətlər bu cür olmalıdır. Prezident İlham Əliyev Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu siyasəti çox uğurla həyata keçirir”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

