/ / Əfqan Muxtarlının həbsi hüquqi məsələdir və bu prosesin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir
Əfqan Muxtarlının həbsi hüquqi məsələdir və bu prosesin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir
07.06.2017 [15:08]
Ekspertlərin fikrincə, bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən bu mövzuda verilən bəyanatlar Azərbaycana təzyiq məqsədi daşıyır
Bəzi xarici dairələrin, anti-azərbaycançı mərkəzlərin ölkəmizdə hökm sürən sabitliyə xələl gətirmək üçün fərqli planlar cızması, çirkin kampaniyalar hazırlaması sirr deyil. Hətta bir sıra hallarda ölkəmizin daxili işlərinə qarışmağa cəhd edən bu təşkilatlar öz mənafeləri naminə siyasi şoular yaradır, konkret cinayətdə ittiham olunan şəxsləri “müdafiə etmək” üçün fərqli yollara əl atırlar. Məsələn, bir neçə gün öncə ölkə qanunvericiliyini pozmağa cəhd göstərən və məsuliyyətə cəlb olunan Əfqan Muxtarlı anti-Azərbaycan mərkəzlərin planlarının yeni “episentr”inə çevrilib. Xatırladaq ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydıqları rəsmi məlumata görə, mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərən Əfqan Muxtarlı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və haqqında cinayət işi qaldırılb, istintaq aparılır. Bu hadisənin ardından isə birdən-birə yenidən qondarma “siyasi məhbuslar” məsələsinə toxunmaq “ehtiyacı duyan” bəzi beynəlxalq təşkilatların təmsilçiləri bəyanat verib. Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federika Moqerini də bu sıradadır. Vurğulamaq yerinə düşər ki, bu tipli bəyanatlar Əfqan Muxtarlı ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı istintaq prosesinə təsir göstərmək niyyətindən irəli gəlir. Eləcə də bu cür saxta “vəkillik” niyyəti siyasi etika baxımından da heç bir müstəviyə sığmır.
Elə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də mətbuata açıqlamasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verildiyini diqqətə çatdırıb. H.Hacıyev deyib ki, hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdləri düzgün deyil. XİN sözçüsü bu məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələrin heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklərini diqqətə çatdırıb.
Öz növbəsində millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə F.Moqerininin belə bir bəyanat yaymasının böyük bir təəccüb yaratdığını diqqətə çatdırıb. Azərbaycan dövlətinin, rəsmi strukturların, hüquq-mühafizə orqanlarının həbs edilmiş şəxslərin törətdiyi qanun pozuntuları ilə bağlı rəsmi açıqlama verdiklərini söyləyən millət vəkili Gürcüstanın Daxili İşlər Nazirliyinin də məsələ ilə bağlı bəyanat yaydığını bildirib: “Demokratik hüquqi dövlətləri özündə birləşdirən Avropa Birliyi mütləq şəkildə bilməlidir ki, bütün məsələlər hüquq çərçivəsində həll edilməlidir. Həbs olunan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Hazırda istintaq araşdırması gedir. Tələblə kiminsə azadlığa buraxılması isə orta əsr təfəkkürünə aid olan bir şeydir. Bu mənada belə tələblər irəli sürülməsi absurddur. Bu, əslində, siyasi təzyiq metodudur. Digər tərəfdən də, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətləri korlamaq cəhdidir. Avropanın bəzi dairələri Azərbaycanda gedən demokratikləşmə və hüquqi dövlət quruculuğu prosesini əks istiqamətə yönəltməyə çalışdıqca öz cavablarını alacaqlar. Hesab edirəm ki, bu cür qanunazidd bəyanatların verilməsi səbəbləri soruşulmalıdır”.
A.Mirzəzadə onu da qeyd edib ki, bəyanatın Ə.Muxtarlının həbsinin ardından verilməsi, eləcə də digər məqamlar məsələnin dərin qatlarında başqa nüansların yatdığını deməyə əsas verir. Yəni Əfqan Muxtarlı həbs edilən kimi Ermənistan KİV-in də aktiv şəkildə onun müdafiəsinə qalxması özü hər şeyi açıq şəkildə ortaya qoyur: “Avropa Birliyini təmsil edən bir siyasətçinin belə bir bəyanatla çıxış etməsi Əfqan Muxtarlının Ermənistan, o cümlədən Avropanın bəzi anti-azərbaycançı mərkəzləri vasitəsilə idarə olunan bir şəxs olduğunu deməyə əsas verir. Belə çıxır ki, onların agentura şəbəkəsi ifşa olunub. Bu baxımdan belə bəyanatlar Əfqan Muxtarlı məsələsinin arxasında bir çox digər məsələlərin durduğunu göstərir ki, bunu da istintaq araşdırıb ortaya çıxaracaq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Avropa Birliyinin, eləcə də digər bəzi təşkilatların mütəmadi olaraq bu cür manipulyasiyalara əl atdıqlarını, konkret olaraq siyasi təzyiq xarakteri daşıyan bəyanatlar verdiklərini bildirib. B.Quliyev deyib ki, ənənəvi olaraq ölkəmizə qarşı fərqli standartlarla yanaşan həmin qurumlar indi də Əfqan Muxtarlının ətrafında siyasi şou axtarışındadır: “Əfqan Muxtarlı ilə bağlı Azərbaycanın rəsmi strukturlarının yaydığı məlumatda da göstərilir ki, o, qanunları pozduğu üçün saxlanılıb. Hazırda istintaq davam etməkdədir. Bəzi beynəlxalq təşkilatlar prosesi siyasiləşdirməyə çalışır, amma bu, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və yolverilməzdir. Necə ola bilər ki, Əfqan Muxtarlının həbsinin həmən ardından bu tipli bəyanatlar yayılar? Demək ki, baş verənlər əvvəlcədən hazırlanmış plandır və səsləndirilən bəyanat da təzyiq vasitəsi xarakteri daşıyır. Əfqan Muxtarlının həbsi sırf hüquqi məsələdir və bunu siyasiləşdirmək olmaz”.
B.Quliyev bəzi Ermənistan KİV-lərinin Əfqan Muxtarlının aktiv müdafiəsinə qalxması məsələsinə də diqqət çəkib. O bildirib ki, bu, bir daha ölkəmizin maraqlarına qarşı olan qüvvələrin sinxron fəaliyyətdə olduğunu deməyə əsas verir: “Ermənilərin və ölkəmizdəki “beşinci kolon” təmsilçilərinin Əfqan Muxtarlının həbsindən sonra onu müdafiə etmək üçün səfərbər olması anti-azərbaycançı mərkəzlərin eyni direktivlər əsasında işlədiyini bir daha təsdiqləyir. Amma bu cür cəhdlər heç bir fayda verə bilməz. Azərbaycan xalqı, dövləti hər zaman öz sabitliyinin keşiyində möhkəm durub və erməni planlarının tərkib hissəsi olanlar hamısı ifşa ediləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

