Minskdə ATƏT PA-nın 26-cı illik sessiyası keçiriləcək
04.07.2017 [09:57]
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada əvvəlcə daimi komitə toplaşacaq, sonra Belarusun Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.
Sessiya iştirakçıları plenar iclaslarda günün aktual məsələlərini müzakirə edəcək, ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar. Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Təhlükəsizlik və siyasi məsələlər üzrə Ümumi komitələrin iclaslarında bir sıra qətnamə layihələrinə münasibət bildiriləcək.
Qurumun illik sessiyasında Şərqi Avropada vəziyyət, miqrantlar və qaçqınlar problemi təhlil ediləcək. Ölüm hökmünün ləğvi, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Belarusda vəziyyət kimi məsələlər gündəmdə olacaq. ATƏT regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişikliyi şəraitində içməli su ehtiyatlarının mühafizəsi vacibliyi önə çəkiləcək. Terrorizmə qarşı mübarizədə ATƏT-in rolunun gücləndirilməsinə, müxtəlif dinlərin nümayəndələrinə qarşı diskriminasiya və dözümsüzlüyün yolverilməzliyinə diqqət yönəldiləcək. Uşaqların internetdə cinsi istismara məruz qalmasının qarşısının alınması üçün texnoloji nailiyyətlərdən istifadə vacib sayılacaq. Yeni texnoloji səsvermədən istifadə şəraitində seçkilərin müşahidəsi və digər məsələlərə baxılacaq.
Azərbaycan parlamentinin nümayəndəsi Tahir Mirkişili sessiyada “Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” mövzusunda hazırladığı qətnamə layihəsini təqdim edəcək.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edəcək, müzakirə edilən məsələlərə münasibət bildirəcək, təkliflərini diqqətə çatdıracaqlar.
Səfər iyulun 10-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

