Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran saytı Ermənistan hökumətini “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırıb

İran saytı Ermənistan hökumətini “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırıb

07.07.2017 [09:33]

İranın “Yol Press” saytı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyevanın öldürülməsi haqqında yazıb.
Yazıda Ermənistan hökuməti “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırılıb. Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı bölmələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır.
Sayt “Teleqram” sosial şəbəkəsində “Zəhra üçün dua et” kampaniyasına başlayıb.
İran ictimaiyyəti ermənilər tərəfindən azyaşlı uşağın qətlə yetirilməsindən hiddətlənib. “Yol Press” saytında balaca Zəhranın öldürülməsi ilə bağlı verilən xəbərin altında yazılan şərhlər bu hiddəti göstərir.
Şərhlərdə Ermənistan lənətlənərək Azərbaycan torpaqlarının işğalçısı kimi göstərilir. Qeyd olunub ki, ermənilərin 2 yaşlı uşağı və onun nənəsini öldürməsi insanlığa sığmayan hərəkətdir.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30