Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb
24.08.2017 [09:49]
Ölkəmizə səfər edən əcnəbi qonaqlar da respublikamızın inkişafını yüksək qiymətləndirirlər
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən təqdir edilir. Xarici ekspertlərin də vurğuladıqları kimi, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, həmçinin həyata keçirilən mütərəqqi islahatlar nəticəsində bütün sahələrdə inkişaf əldə edilən Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi də ənənə halını alıb.
Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Öz növbəsində ölkəmizə səfər edən xarici qonaqlar, Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını yüksək qiymətləndirirlər.
Məsələn, Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi bir neçə dəfə Bakıda olduğunu söyləyib. O həmçinin Bakıda Dünya Skaut Konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Hər dəfə də Azərbaycan xalqının qonaqpərvərliyindən aldığım təəssüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - Odlar Yurdunda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Konfransın keçirildiyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunələridir. Bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunədir. Azərbaycanda və bütövlükdə Avrasiyada ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqləndi. Bakıda Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edildi”.
Sözügedən konfransda iştirak edən Tanzaniyanın sabiq prezidenti Cakayya Kikvete də deyib ki, Bakı çox gözəl şəhərdir: “Paytaxtınızın çox gözəl təşkil olunmuş planlaşdırması var. Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım”.
Yeri gəlmişkən müasir Azərbaycanın inkişafı və əldə etdiyi uğurlar barədə məlumatlar xarici mətbuatda da öz əksini tapır. Belə ki, Almaniyanın” “Neues Deutschland” qəzetində alman fotoqrafı Barbara Lutterbekin müəllifi olduğu “Azərbaycanda qonaq olarkən” kitabı barədə məqalə dərc olunub. Müəllifin 2014-cü ildə Azərbaycana səfərindən bəhs edən kitabda ölkəmizin əhalisi, mədəniyyəti və mətbəxi haqqında məlumat verilir və ölkəmizlə bağlı fotoşəkillər yer alır. Lutterbek hər yerdə qarşılaşdığı qonaqpərvərliyi xüsusi vurğulayır. Kitabda Azərbaycan mətbəxinin nümunələrinin reseptləri də təqdim olunur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

