/ / Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqının üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır
Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqının üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır
01.09.2017 [20:30]
Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır. Eyni zamanda, Vişeqrad Qrupu bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
“Biz sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq. Azərbaycan, həmçinin Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır”, - deyə nazir qeyd edib.
E.Məmmədyarov bildirib ki, iqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində daha səmərəli ola bilər. Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcək.
Bu gün Azərbaycan dəyəri 45-50 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin - Avropa bazarlarına alternativ təbii qazın ixracına xidmət edən qitənin ən böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir. Bununla yanaşı, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan regionlararası enerji bağlantısının genişləndirilməsinə və Mərkəzi Asiyanı Avropa enerji arxitekturasına daha yaxın edən potensial təşəbbüslərə açıqdır.
Bundan başqa, Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzvü olan və namizəd ölkələrdən müxtəlif səhmdarların cəlb edildiyi unikal iştirakçı çərçivə olan Cənub Qaz Dəhlizi digər birgə maraq kəsb edən sahələrdə, xüsusən nəqliyyat, Avropanı Asiya, o cümlədən Avropanı Cənub və Şimalı Cənub ilə birləşdirən yeni nəqliyyat-tranzit yollarının yaradılması üçün əlaqələri araşdırmaqla istifadə edilə bilər.
Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini təşviq etmək məqsədilə bir neçə əsas nəqliyyat layihəsinin icrasına cəlb olunub. Bu həftə Azərbaycan digər dörd ölkə ilə birlikdə Kabil şəhərində Lapis Lazuli Dəhlizi üzrə malların Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan yeni tranzit marşrutuna dair saziş imzaladı.
Çinlə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Tranzit Marşrutu kimi regional layihələr üçün Mərkəzi Asiya ölkələri də daxil olmaqla daha geniş iştirak düşünülməlidir. Bu, eyni zamanda, Trans-Avropa şəbəkəsini daha da Şərqə genişləndirmək məqsədi daşıyan Aİ-nin uzlaşma proqramına uyğun olacaq.
İyul ayında Aİ və Azərbaycan Ümumi Aviasiya Sahəsi Sazişinə dair danışıqları bərpa edib və sənədin ümumi strukturu ilkin olaraq razılaşdırılıb.
Hərəkətlilik və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir. Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır.
Yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa qonşuluğunun bir çox hissələrində ən aktual problem kimi stabilliyi müəyyən edir. Həqiqi stabillik Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edərək uzun müddət davam edən hərbi münaqişələr həll edilmədən təsəvvür edilə bilməz.
Bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur.
Artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir. Ermənistan Avropada, ümumilikdə dünyada qəbul edilmiş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir.
Nazir deyib ki, noyabr ayında baş tutacaq Şərq Tərəfdaşlığı Sammiti əhəmiyyətli hadisədir və inanırıq ki, Sammitin Bəyannaməsinin mətni üzərində iş ən qısa zamanda başlamalıdır. Qarşıdan gələn Brüssel Sammiti Bəyannaməsindən münaqişələrin həllində vahid və əlaqəli yanaşma sərgiləməsini, o cümlədən Şərq Tərəfdaşlığı məqsədlərinin tammiqyaslı həyata keçirilməsi üçün mövcud münaqişələrin neqativ təsirlərini əks etdirməsini gözləyirik.
Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında təsbit olunmuş əsas prinsiplərə, xüsusən də suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığına bütün iştirakçı dövlətlər tərəfindən eyni dərəcədə hörmət olunması mütləq zərurətdir. Yalnız Avropa təhlükəsizlik düzəninin əsas elementləri kimi müəyyən edilmiş prinsiplər üzrə öhdəliklərin yerinə yetirilməsi Aİ-nin etibarlılığını və qarşıdakı illərdə nüfuzunu müəyyənləşdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

