Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Azərbaycanın regionda rolu daha da artmaqdadır

Məlahət İbrahimqızı: Azərbaycanın regionda rolu daha da artmaqdadır

13.09.2017 [10:12]

“Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir”. Bu fikri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır. Onun sözlərinə görə, bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.
“Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da Azərbaycanın regionda rolunun artmasına, dünya miqyasında mövqeyinin möhkəmlənməsinə xidmət edir”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30