Cenevrədə Azərbaycan Hökuməti ilə BMT QAK arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
04.10.2017 [09:53]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 68-ci sessiyası çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.
Əli Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMT QAK-ın 1992-ci ildən bəri ölkəmizə göstərdiyi dəstəyə və yardıma, eləcə də ölkəmizdəki fəaliyyətinə görə Azərbaycan Hökuməti adından ali komissara təşəkkür edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə danışıb, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən dövlət proqramları haqqında ətraflı məlumat verib. Həmçinin ölkə rəhbərliyi tərəfindən hökumət qarşısında qoyulan və 2020-ci ilədək həyata keçirilməsi tələb olunan strateji istiqamətlər haqqında məlumat verən Baş nazirin müavini bu hədəflər sırasında qaçqın və məcburi köçkünlərin sosial-humanitar problemlərinin həllinin də yer aldığını diqqətə çatdırıb.
Baş nazirin müavini görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı hazırkı vəziyyət, danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə danışıb, cəbhə bölgəsində Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində mülki əhalinin həyatına böyük təhlükə yarandığını qeyd edib. Son 30 ildə dünyada qaçqınların və məcburi köçkünlərin sayının iki dəfə artmasını təəssüflə qeyd edən Əli Həsənov bildirib ki, bəzi dövlətlər öz qlobal və regional maraqları naminə dünyada münaqişələrin səngiməsinə səy göstərmirlər və bu da öz növbəsində dünyada qaçqın böhranını getdikcə daha da dərinləşdirir.
Əli Həsənov Filippo Qrandinin 1999-cu ildə BMT QAK rəhbərini müşayiət edən nümayəndə heyəti tərkibində Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfəri əks etdirən fotoalbomu xatirə olaraq ona hədiyyə edib. O, eyni zamanda, BMT QAK-ın rəhbərini Azərbaycana rəsmi səfərə dəvət edib.
Ali komissar ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərdiyi fəaliyyətə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, rəsmi dəvətə görə təşəkkür edərək məmnuniyyətlə yenidən Azərbaycana səfər etmək arzusunu ifadə edib. Əli Həsənovun vəziyyətin təhlili ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edən Filippo Qrandi dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasına gətirib çıxaran səbəblərdən danışaraq, onların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin birgə səylər göstərməsinin vacibliyini qeyd edib.
Ali komissar beynəlxalq təşkilatların şəffaf və sərbəst fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycan Hökuməti ilə uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

