Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
09.11.2017 [01:47]
Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ali Məclisin Sədri dövlət bayrağımızın ucaldılmasının təşəbbüskarlarına ehtiramını bildirib, müstəqilliyimizin möhkəmlənməsində əməyi olanlara təşəkkür edib, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Təltif olunanlardan Müzəffər Əsgərov, Əfsər Novruzov, Solmaz Axundova, Cəmşid Abdullayev, Bəhram Gülməmmədov, Ruhiyyə Nəcəfova, Musa Əliyev, Məmməd İsmayılov, Ələkbər Kərimov, Vəli Novruzov, Ramiz Həsənov, Zenfira Allahverdiyeva, Baba Babayev və Yeganə Mustafayeva əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, Ümummilli liderimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb. Muxtar respublikada geniş quruculuq işləri aparılır. Sakinlərin rahat yaşaması və işləməsi qayğısına qalınır. Təltif olunanlar bundan sonra da Ulu öndərin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafında öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

