/ / Vüqar Rəhimzadə: Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın mühüm tərəfdaşıdır
Vüqar Rəhimzadə: Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın mühüm tərəfdaşıdır
28.11.2017 [10:20]
“Ötən həftə Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində aparılan danışıqlar əldə olunan uğurlu nəticələr və digər mühüm məqamlarla yadda qaldı. Azərbaycan Prezidenti aparılan bütün danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusi ilə də BMT-nin qəbul etdiyi 4 qətnaməni bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Dövlətimizin başçısı bu ali tribunadan dünya dövlətlərini və beynəlxalq təşkilatları münaqişənin həllində daha ədalətli mövqe nümayiş etdirməyə çağırıb. Sözsüz ki, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Zirvə toplantısının yekunu olaraq qəbul edilən Birgə Bəyannamədə Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsinin xüsusi qeyd edilməsi Azərbaycan diplomatiyasının növbəti mühüm uğurudur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O vurğulayıb ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər yüksək səviyyədədir: “Azərbaycanın xarici siyasətindəki prioritetlərdən biri Avropa İttifaqı ilə əlaqələri daha da inkişaf etdirmək, yeni imkanlar yaratmaqdır. Bu istiqamətdə mühüm addımlar atılır. Qurumla ölkəmiz arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlara başlanılıb. Bununla yanaşı, Avropa İttifaqı Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Ötən illərdə Avropa İttifaqının iqtisadiyyatımıza 20 milyard dollardan artıq investisiya yatırması bu reallığı bir daha təsdiq edir. Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrindən söz açıb. Qeyd edib ki, ölkəmiz quruma üzv 9 dövlətlə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab etdiyini bəyan edib”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın mühüm tərəfdaşıdır. Təbii ki, ölkəmiz bu müsbət imici illərdir həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində qazanıb. Bu gün bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” ölkəmizin təşəbbüsü ilə reallaşdırılan meqa enerji layihəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas amil hesab olunur. Sammitdəki çıxışında dövlətimizin başçısı bir sıra məsələlərə də toxunub, bildirib ki, enerji siyasəti ölkəmizin Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyi məsələlər arasındadır. Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycan Prezidentinin Belçika səfəri zamanı əsas məqamlardan biri də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirilən görüş olub: “Bu gün Azərbaycan-NATO əməkdaşlığı uğurla inkişaf edir. Əlaqələrimizin tarixi bir daha bunu sübut edir. Görüş zamanı NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər əvvələ təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Hesab edirəm ki, bu əməkdaşlıq regionda sülh, təhlükəsizlik və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

