Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə olunub
29.11.2017 [10:33]
Noyabrın 28-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədə baxılıb. Qeyd olunub ki, dəyişikliklərə əsasən torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların hesablarına köçürüləcək.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə gündəlikdəki növbəti dörd məsələni - “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Taxıl haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə təqdim edib. Qeyd olunub ki, bu qanun layihələrində olan dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilib. Belə ki, qanun layihələrində müəyyən edilmiş sahələrlə bağlı nöqsanlar üzrə inzibati məsuliyyətlər müəyyən edilərək sadalanır.
Sonra “Torpaqların münbitliyi haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı məsələlərə baxılıb. Bildirilib ki, bu sənədlərdəki dəyişikliklərin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının, bununla bağlı baş verən fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir.
Deputatlar Tahir Süleymanov, Aydın Hüseynov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Hüseynbala Mirələmov, Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər.
Ətraflı fikir mübadiləsindən sonra sənədlərin Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılması qərara alınıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11

