/ / İsveçli qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycanın dini icma rəhbərləri ilə görüşüblər
İsveçli qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycanın dini icma rəhbərləri ilə görüşüblər
30.11.2017 [10:18]
Noyabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov qonaqlara mərkəzin fəaliyyəti, ölkəmizdə hökm sürən multikultural mühit haqqında məlumat verib. O deyib ki, Prezident İlham Əliyev multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.
Qonaqların diqqətinə çatdırılıb ki, bu gün “Azərbaycan multikulturalizmi” fənni dünyanın iyirmiyə yaxın universitetində tədris olunur. BBMM-in səkkiz ölkədə filialı var və gələn il doqquzuncu filial Vaşinqtonda açılacaq.
Görüşdə iştirak edən Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev yəhudilərin ölkəmizdəki həyat tərzi barədə məlumat verib. O, Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri kimi yəhudilərin də sülh, qardaşlıq şəraitində yaşadıqlarını bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Azərbaycan kimi tolerant bir ölkədə yaşamasından qürur duyduğunu bildirib, ölkəmizdə yüksək səviyyəli multikultural mühitin olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan Prezidenti məscidlərin, kilsələrin, sinaqoqların tikintisinə və təmirinə xüsusi diqqətlə yanaşır.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan multikulturalizminin nümunə olduğunu deyib. O qeyd edib ki, udin xalqı tarixən bu torpaqlarda dinc yanaşı yaşayıb. Alban-udilər öz dinlərini, dillərini, tarixlərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev deyib ki, Azərbaycan nadir ölkədir. Azərbaycanda fərqli millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Multikulturalizm bizlərə nəsillərdən keçib.
İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goransson Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkə ilə tanışlıqdan məmnun olduğunu bildirib. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Azərbaycanda “Multikulturalizm İli”ndən sonra “İslam Həmrəyliyi İli”nin elan olunması da müdrik addımdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

