Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib
09.12.2017 [00:50]
Dekabrın 8-də Bakıda “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub.
Əvvəlcə Beynəlxalq İnsan Hüquqları Günündən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladıb. Qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib. Bu gün gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq və digər bu kimi halların qarşısının alınması üçün mühüm işlər görülür.
Ombudsman xatırladıb ki, bu günə qədər Azərbaycanda 11 dəfə amnistiya aktı qəbul edilib, dövlətimizin başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini öz fəaliyyətinin əsas prinsipi etdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bahar Muradova qeyd edib ki, Azərbaycanda qəbul edilən qanunvericilik sənədlərində hüquqların bərabərliyi əsas götürülür. Müəyyən istisnalarla əcnəbi vətəndaşların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni şəkildə qorunur. Azərbaycan hökuməti hər kəs üçün bərabər hüquqların bərabər imkanlara çevrilməsi istiqamətində eyni şəraiti təmin edir.
Bildirilib ki, fəaliyyət göstərdiyi on beş il ərzində Ombudsman İnstitutunun faydalılığının və səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılıb və bu gün bunun müsbət nəticələri müşahidə edilir.
BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində universal dəyərlər öz əksini tapıb. 1948-ci ildə Bəyannamədə qeyd olunan məsələlər bu gün də aktualdır. Q.İshaqzai Azərbaycanın müvafiq hesabatları BMT-nin aidiyyəti qurumlarına vaxtında təqdim etdiyini vurğulayıb.
Sonda insan hüquqları ilə bağlı yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

