Azərbaycanın birinci xanımı "XXI əsrin böyük qadını" fəxri titulunun nominantıdır
21.08.2009 [00:52]
Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının “İpək yolu” Komitəsinin həmsədri Nina Koqan, “İpək yolu” kamera orkestrinin baş dirijoru və “İpək yolu” Komitəsınin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət ediblər. Onların hamısı Azərbaycanın böyük şərqşünas alimi Aida İmanquliyevanın adını daşıyan Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləridir.
Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın Azərbaycanın mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulayıblar. Onun yaratdığı Azərbaycan Mədəniyyət Fondu bu fəaliyyəti həyata keçirmək üçün festivallar, sərgilər, konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar digər tədbirlər təşkil edir. Bircə misal göstərək: Azərbaycan musiqi folklorunun ənənəvi klassik forması olan muğamı təbliğ etmək məqsədilə Bakıda Muğam Mərkəzi yaratmaq barədə Prezident İlham Əliyevin dəstəklədiyi təşəbbüsün müəllifi ölkəmizin birinci xanımıdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və idman sahəsində geniş və çoxşaxəli iş aparılır.
Müraciətdə qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti uşaqlara, onların problemlərinə xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblər açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə də ən müasir tibbi səviyyədə kömək göstərilir.
Müraciətdə Azərbaycanın birinci xanımının beynəlxalq miqyasda fəaliyyəti xüsusi vurğulanır. Sənəddə deyilir: “Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində “İpək yolu” komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Qədim İpək yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım Mehriban xanım Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan “Sülh qızılgülü” mükafatı verilib...”
Amerika Bioqrafiya İnstitutunun prezidentinə ünvanlanmış müraciətdə daha sonra YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya irsinin qorunub saxlanmasında iştirakını təsdiq edən konkret faktlar göstərilir. Onun başçılıq etdiyi Heydər Əliyev Fondu ilə Roma Katolik Cəmiyyəti arasında imzalanmış Memoranduma müvafiq olaraq, Fransada Strasburq Kafedral kilsəsinin, Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin bərpası üçün vəsait ayırıb. Fond “Azərbaycan tolerantlığın ünvanıdır” layihəsi çərçivəsində ölkədəki bütün dini abidələrin bərpasına yardım göstərir.
Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalayıb. Keçən il bu şəhərdəki İncəsənət qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. İlk növbədə Mehriban Əliyevanın dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir Kanada ilə Azərbaycan arasında əsl mədəni körpüyə çevrilib.
Bəli, həqiqətən böyük işlər görən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti dünya miqyasında qiymətləndirilməyə layiqdir!
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

