"Azərbaycan mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə misilsiz ərməğandır"
26.08.2009 [01:24]
Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini əks etdirən “Azərbaycan mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə misilsiz ərməğandır” kitabının rus dilində variantının təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında hazırlanmış kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Kitab Mehriban xanım Əliyevanın mədəniyyətin, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində 1995-ci ildən 2009-cu ilədək həyata keçirdiyi böyük işləri və onun çoxşaxəli fəaliyyətini geniş şəkildə əks etdirir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək bildirib ki, “Azərbaycan mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə misilsiz ərməğandır” kitabı bu yaxınlarda təqdimatı keçirilmiş “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının rus dilində variantıdır. Kitab yenidən işlənib və ona əlavələr edilib, məqalələrin bir çoxu ilk dəfə nəşr olunur. Həmçinin, kitabda Mehriban xanım Əliyevanın xeyirxah əməlləri, çıxışları, onun haqqında deyilən fikirlər də əksini tapıb.
Kitabda, eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə onun rəhbərlik etdiyi Fond tərəfindən elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən çox dəyərli layihələr haqqında ətraflı məlumatlar toplanıb.
Nazir deyib ki, Mehriban xanım Əliyeva bütün sahələrlə yanaşı, mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıtdırılması istiqamətində də mühüm işlər görüb. O, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycan mədəniyyəti incilərinin dünya qeyri-maddi mədəni irs siyahısına salınması kimi böyük uğurlara imza atıb. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. Yaxın vaxtlarda Azərbaycanın aşıq musiqisi sənəti də YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək.
Rəngli fotoşəkillərlə zəngin olan bu dəyərli kitab ingilis dilinə də tərcümə olunacaq və yaxın vaxtlarda elektron variantda oxuculara təqdim ediləcək. Nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında fikirləri ilə açılır.
Təqdimat mərasimində bildirilib ki, “çinar-çap” mətbəəsində 1000 nüsxə tirajla çap olunmuş 798 səhifəlik kitabda AzərTAc-ın materiallarından geniş istifadə edilib.
Tədbirdə AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri, Xalq yazıçısı Zəlimxan Yaqub, Milli Məclisin deputatı Elmira Axundova və Xalq artisti Arif Babayev çıxış edərək Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətini əks etdirən kitabın rus dilində variantının hazırlanmasını yüksək qiymətləndiriblər. Bildirilib ki, YUNESKO-nun 41 xoşməramlı səfiri sırasında Azərbaycanın birinci xanımının da olması ölkəmizin ən yeni tarixinin parlaq səhifələrindəndir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın zəngin, bənzərsiz mədəni irsinin qorunması və təbliği, təhsil və səhiyyə sahələrində həyata keçirilən genişmiqyaslı layihələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Sonda tədbirin iştirakçıları Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən və Heydər Əliyev Fondu tərəfindən müxtəlif illərdə çap edilmiş kitabların sərgisinə maraqla baxıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

