Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib
02.02.2018 [10:08]
Oqtay Əsədov: Parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq
Fevralın 1-də Milli Məclisin 2018-ci ildə ilk plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.
Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov diqqətə çatdırıb ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq. Sədr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını, iyun ayında Milli Məclisdə bu münasibətlə geniş tədbirlər planlaşdırıldığını deyib. Qeyd olunub ki, yaz sessiyasında parlamentdə Konstitusiyaya uyğun olaraq hökumətin və insan hüquqları üzrə müvəkkilin hesabatları da dinləniləcək.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə Milli Məclisin hesablayıcı və intizam komissiyalarının yenidən təşkil edilməsi haqqında parlamentin qərarları müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov bildirib ki, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır. Hər iki qərar ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planına baxılıb. Qanunvericilik işləri planına “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanunları, “Azərbaycanda Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Daxili qoşunlar haqqında”, “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşma haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Turizm haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” çox mühüm qanun layihələri daxil edilib. Həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri var.
Deputatlar Fazil Mustafa, Siyavuş Novruzov, Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fərəc Quliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Qənirə Paşayeva, Rövşən Rzayev sənədlə əlaqədar fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər. Qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.
Sonra beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Avropa İttifaqının üzvü olan Litva ilə xidməti pasportlar sahəsində belə bir sənədin imzalanması Azərbaycan üçün əhəmiyyətli məsələdir. Sənəd səsə qoyularaq yekdilliklə qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial sığorta haqqında” Qanunda edilən dəyişiklikləri diqqətə çatdırıb. Bildirilib ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişiklikdə bildirilir ki, bu uyğunlaşdırma əsasında “sosial sığorta ödəmələri sığorta olunanlara yalnız nağdsız qaydada, sığortaçı tərəfindən əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə veriləcək. Sənəd səsə qoyularaq təsdiqlənib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanuna edilən dəyişikliklərin də eynilə, “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli Qanuna uyğunlaşdırma məqsədilə edildiyini diqqətə çatdırıb. Sənəd təsdiq edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilən dəyişiklik qanunun 14-cü maddəsinə tətbiq edilir. Maddədə terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əməkhaqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilməsi bildirilir. Təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək. Sənəd səsvermə yolu ilə qəbul edilib.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov burada aparılan dəyişikliyin də “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edildiyini deyib. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Sənəd təsdiqlənib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verib. Bildirilib ki, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə yeni müddəa əlavə edilir. Təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərə Azərbaycan vətəndaşlığına qəbul olunmaq imkanı yaratmaq məqsədi daşıyır. Sənəd səsə qoyularaq təsdiq edilib.
Sonra Əli Hüseynli İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə şərh edib. Bildirilib ki, hər iki sənəddə edilən dəyişikliklər “Reklam haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar edilib. Bu dəyişikliklərə əsasən açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda müvafiq icra hakimiyyəti orqanı icazə verə bilər. Hər iki sənəd ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiqlənib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyi diqqətə çatdırıb. Bildirilib ki, təklif olunan dəyişiklik sənədin 13-cü maddəsində aparılıb. Bu, 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına zərər vurulmaması məqsədilə onlara dərman vasitələrinin buraxılmasını qadağan edir. Qanun layihəsinə müsbət münasibət bildirilib.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Qeyd olunub ki, təklif olunan dəyişiklik məcəllənin “ekoloji təhlükəsizlik haqqında” bölməsində aparılıb. Dəyişiklikdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məsuliyyətin nəzərdə tutulması halları əksini tapır. Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verən Əli Hüseynli bildirib ki, layihəyə əsasən Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğunluğuna dair tələbin tətbiqi müddəti 1 illiyinə uzadılır. Sənəd təsdiq edilib.
İclasda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsini ilk oxunuşda təqdim edib. Sənədlə bağlı ətraflı məlumat verən komitə sədri bildirib ki, burada peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsipləri, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir. Qanunun hazırlanmasında məqsəd peşə təhsili sahəsində vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.
Sənəddə Azərbaycanın təhsil sistemində peşə təhsilinin yeri müəyyənləşib, bu təhsili alanlara müəyyən güzəştlər nəzərdə tutulub. Qanun layihəsində peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyası əsas götürülüb. Komitə sədri sənəddə nəzərdə tutulan yenilikləri də şərh edib. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir. Bundan əlavə, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyazlar təqdim olunur. Qanun layihəsində peşə təhsili müəssisələrinə birdəfəlik, müddətsiz lisenziya verilməsi, Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəalar da əksini tapır. Bildirilib ki, 5 fəsil, 26 maddədən ibarət sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisini və rifahını yüksəltməyə xidmət edəcək. Ətraflı müzakirələrdən sonra sənədə konseptual baxımdan müsbət münasibət bildirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15

