"Avropalılar"ın milli-mənəvi dəyərlərimizə qarşı "səlib yürüşü"
27.03.2018 [10:00]
Yaxud "söyüş cəngavərləri"nə bir neçə vacib xatırlatma...
Tarixdən bəlli olduğu kimi, XI əsrdə türklər Kiçik Asiyada bir-birinin ardınca yeni ərazilər fəth edirdilər. Məhz həmin vaxt İtaliyanın şəhər dövlətləri Asiyadakı mülklərini itirə biləcəklərini hiss edərək türklərin guya "amansız vəhşiliklər törətdikləri" barədə qorxulu şayiələr yaymağa başladılar. Bu sırada Roma kilsəsi xüsusi ilə fərqlənir, fürsət düşən kimi Məhəmməd peyğəmbərin tərəfdarlarını xaçpərəstlərə qarşı zorakılıqlarda suçlayır, dini nifrət və təfriqə yayırdı.
Bu, elə bir dövr idi ki, Avropa səfalət içində idi. Xristian ölkələrində tez-tez kütləvi aclıqlar baş verir, səfil və narazı dəstələr yollarda quldurluq edir, başıpozuqluq yaradırdılar. Belə bir vaxtda avropalılar günəşin səxavətlə qızdırdığı Asiyanın bərəkətli zəmilərini ələ keçirib ləziz nemətlərindən dadmaq həsrətində idilər. Bu əhval-ruhiyyəni hamıdan yaxşı Roma kilsəsinin rəhbərləri duymuşdular. Papa II Urban hesab etdi ki, artıq Asiyaya yürüş etməyin vaxtı yetişib. Bu niyyətlə papa 1095-ci ildə Fransanın Klermon şəhərində iclas çağırıb alovlu nitq söylədi. "Kafirlər"in Müqəddəs torpağı guya murdarladıqlarını özünəməxsus boyalarla təsvir edib, axırda ac və qəzəbli kütləyə dedi ki, "hələ Musa peyğəmbərin dövründən qədim Fələstində çaylardan süd və bal axırdı". Papa həmin an xəyallarında Asiyanı "diz üstə çökdürməyə hazır olan" cəngavərlərə təklif etdi ki, qoy onlar arvad və uşaqlarını evlərində qoyub İsa peyğəmbərin qəbrini "kafirlər"dən azad etmək üçün yürüşə çıxsınlar. Elə həmin gündən bütün qitəni dini isterika bürüdü.
Xristianların müsəlman dünyasına qarşı apardıqları səlib yürüşü haqqında tarixi məlumatları heç də təsadüfən xatırlatmadım. Məsələ burasındadır ki, son vaxtlar bəlli bir qrupun sosial şəbəkələrdə xalqımıza, Azərbaycan dövlətinə, ölkə Prezidentinə, o cümlədən dövlət rəsmilərinə və ayrı-ayrı siyasətçilərə, ümumilikdə dövlətçiliyin müdafiəsinə qalxan hər kəsə qarşı apardıqları çirkin kampaniya bir növ səlib-xaç yürüşlərini xatırladır. Sadəcə, cüzi fərqlər var. Nədir bu fərqlər?
Birincisi, əgər Papa II Urbanın 1095-ci ildə Fransanın Klermon şəhərindəki iclasdakı çıxışı ilə əsası qoyulan səlib yürüşünün iştirakçıları əsilli-köklü avropalılar idisə, bu dəfə prosesin önündə gedən saxta yollarla Avropa ölkələrində "mühacir" statusu alan bir qrup azərbaycanlı "avropalılar"dır. Məhz sayları elə də çox olmayan bu "avropalılar" xaricdəki ağalarının sifarişi ilə milli-mənəvi dəyərlərimizə qarşı "səlib yürüşü"nə başlayıblar.
İkincisi, o dövrdə səlib yürüşünün önündə əsasən xəyallarında Asiyanı "diz üstə çökdürməyə hazır olan" cəngavərlər gedirdilərsə, bu dəfə bizə, ölkəmizə və xalqımıza, milli-mənəvi dəyərlərimizə qarşı hücuma keçənlər, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun facebook səhifəsində paylaşdığı statusda qeyd etdiyi kimi, "siyasi mübarizəsini" söyüş və təhqir üzərində quranlardır.
Əslində, sosial şəbəkələri söyüş, təhqir bataqlığına çevirən belələrini "söyüş cəngavərləri" adlandırmaq olar.
Üçüncüsü, əgər səlibçilər Müqəddəs torpağa dini təəssübkeşlikdən daha çox var-dövlət dalınca gedirdilərsə, azərbaycanlı "avropalılar"ın da ölkəmizə qarşı müasir "səlib yürüşü"nün mahiyyətində var-dövlət hərisliyi dayanır. Sadəcə, bu "avropalılar" öz hücumlarına görə "əməkhaqlarını" bəri başdan alıblar. Cənab Əli Həsənovun vurğuladığı kimi, belələri, sadəcə, "komfortlu iaşə obyektindən istifadə imkanı" qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlardır.
Yeri gəlmişkən, düşünmək olardı ki, ölkə ziyalılarının, milli-mənəvi dəyərlərimzə qarşı edilən çirkin hücumlardan narahat olanların çağırışlarından sonra bu tiplər öz əməllərindən azacıq da olsa əl çəkəcəklər. Lakin bunun tamamilə əksini müşahidə edirik. Belə ki, leksikonunu söyüş, təhqir təşkil edən, xaricdə məskunlaşaraq milli-mənəvi dəyərlərimizə ən iyrənc metodlarla hücuma keçən məlum tiplər gün keçdikcə xalqımıza qarşı kin-küdurətlərini daha qabarıq şəkildə ortaya qoyurlar.
Onları tərbiyəli davranışlara səsləyənlərin ünvanına sosial şəbəkələrdə paylaşdıqları videolar vasitəsilə söyüş və təhqirlər yağdırmaqla, dövlət simvollarını aşağılamaqla "fərqlənən" belələrinin milli ideallarımıza xəyanət yolu tutması isə heç də təsadüfi deyil. Çünki bəlli "yuva"lardan verilmiş "xarakteristikası" ilə Avropaya üz tutan belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra xaricdəki müəyyən çevrələrin qarşısında xüsusi öhdəliklər götürür və sonra da dövlətimizə, xalqımıza qarşı amansız mübarizəyə, daha doğrusu, müasir dövrün "səlib yürüşü"nə sövq edilirlər.
Və sonda bu "söyüş cəngavərləri"nə yenə də səlib yürüşlərindəki bir məqamı xatırlatmağı vacib bildim. Belə ki, tarixi materiallarda qeyd olunduğu kimi, ilk səlibçi dəstələri yollarda oğurluq və quldurluqla məşğul idilər, hətta dilənçilik etməyi özlərinə ar bilmirdilər. Onlar hansı kənddən, məmləkətdən keçirdilərsə, ora qorxu və dağıntılar gətirirdilər. Bu özbaşınalıqlara dözməyən yerli sakinlər bəzən öz xaç qardaşlarını öz əlləri ilə boğub öldürürdülər.
Yəni dediyim odur ki, "siyasi mübarizə" adı altında milli-mənəvi dəyərlərə zidd əməllər törədənlər tutduqları yolun nə onların özlərinə, nə də ki Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Həmin tiplər bilməlidirlər ki, törətdikləri bu əməllərlə ancaq və ancaq xalqımızın nifrətini qazanırlar!
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

