Millət vəkili: Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdı
30.03.2018 [10:30]
“Azərbaycan və İran regionun çox mühüm iki aktorudur. Bu dost və qonşu ölkələrin əməkdaşlığı bütövlükdə regiondakı ümumi siyasi tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət əlavə edir”.
APA-nın məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin nəticələrinə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin günü-gündən inkişaf etməsi hər iki ölkənin dövlətin strateji maraqları baxımından da son dərəcə vacibdir: “Çünki İran və Azərbaycan sadəcə, dost və qardaş ölkələr deyil, regionun ortaq maraqlarını və mənafelərini müəyyənləşdirən aparıcı dövlətlərdir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Hazırda İran-Azərbaycan münasibətləri öz inkişaf dövrünü yaşamaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdi”.
Millət vəkili hər iki ölkənin mühüm nəqliyyat-kommunikasiya coğrafiyası üzərində yerləşdiyini nəzərə çatdırıb: “Buna görə də hazırda iki ölkənin birgə səyi ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində çox mühüm layihə həyata keçirilir. Bu nəqliyyat dəhlizinin mühüm həlqəsi olan Astara-Rəşt dəmir yolunun bir hissəsinin işə düşməsi ilə bağlı tarixi bir addım atıldı. Azərbaycan Prezidenti bu münasibətləri qiymətləndirərkən qeyd etdi ki, İran və Azərbaycan arasında iki tarixi əhəmiyyətli müqavilə imzalandı. Bunlardan biri İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, digəri Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Düşünürəm ki, doğurdan da bu sözlərdə böyük həqiqət var. Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdı. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Azərbaycan okeana çıxışı olmayan ölkə olmasına baxmayaraq, bütün Avrasiya qitəsində nəqliyyat-kommunikasiya qovşağına çevrilməyi bacarıb. Bunlardan biri əgər Şərq-Qərb Nəqliyyat Dəhlizi adlandırdığımız İpək Yoludursa, digəri Şimal-Cənub Nəqliyyat Dəhlizi adlandırdığımız Norveçdən başlayaraq isti dənizlərə çıxan böyük nəqliyyat dəhlizidir. İki ölkə arasında münasibətlərin bu səviyyəsi həm də ondan xəbər verir ki, bu, tək nəqliyyat dəhlizi olmaqla qalmayacaq, dəhlizin ətrafında mühüm iqtisadi, mədəni və sosial infrastruktur formalaşacaq. Bu da əlavə iş yerləri olmaqla bərabər, həm iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiyasına gətirib çıxaracaq, həm də iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacaq”.
H.Babaoğlu Azərbaycanın hazırda müxtəlif formatlarda yeni diplomatik münasibətlər qurduğunu xatırladıb: “Bu, Azərbaycan Prezidentinin ideyasıdır. Bu sahədə üçtərəfli və dördtərəfli formatların həyata keçirilməsinin şahidi olduq. Əminəm ki, bundan sonrakı mərhələdə qurulan yeni nəqliyyat koridoru həmin formatlarda təmsil olunan qonşu və strateji tərəfdaş ölkələrlə də münasibətlərin inkişafına yeni stimul gətirəcək. Digər tərəfdən, İran prezidenti səfər zamanı regional problemlərin həllinə də toxundu. Bir daha qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, bu, mühüm mesajdır və qonşu dövlətin bu dəstəyi yüksək qiymətəndirilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

