Qoşulmama Hərəkatının nazirlər konfransının yekun sənədləri qəbul edilib
07.04.2018 [10:09]
Aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransının yekun sənədləri qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu sənədlər yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə Bəyanatdır.
Qlobal məsələlər, regional, subregional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən yekun Bakı Sənədində ölkəmizin maraqları baxımdan fundamental məsələlər öz əksini tapıb. Sənədin giriş hissəsində Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunur.
Sənəddə Qoşulmama Hərəkatının aprelin 5-6-da Bakıda keçirilən nazirlər toplantısının yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə edilir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi alqışlanır və Qoşulmama Hərəkatının yeganə üzvü olaraq bu sərginin Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII Zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılır və üzv ölkələr bu toplantıda fəal şəkildə iştiraka dəvət olunur. Nazirlər BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı il aprelin 26-27-də Bakıda keçirilmiş VII Qlobal Forumunun nəticələrini və bu Forumda beynəlxalq təşkilatların, BMT-yə üzv dövlətlərin və vətəndaş cəmiyyətinin fəal iştirakını qeyd edirlər. Həmçinin Azərbaycanın Asiyanın Ürəyi - İstanbul Prosesinin VII nazirlər toplantısına ev sahibliyi etməsi təqdir olunur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə edilir. Nazirlər BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edirlər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırırlar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

